Bu ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində orta aylıq əməkhaqqı 1 017,7 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə əməkhaqqı 227,4 manat və ya 28,8% artıb.
Ötən ilin eyni dövründə bu göstərici 790,3 manat təşkil etmişdi.