Cari ilin yanvar-iyun aylarında Azərbaycana 62 milyon 214 min dollar dəyərində 1 505 ədəd elektromomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 15 milyon 378 min dollar və ya 33%, miqdar ifadəsi ilə 381 ədəd və ya 34% artıb.
2023-cü ilin 6 ayı ərzində 48 milyon 836 min dollar dəyərində 1 124 ədəd elektromobil gətirilmişdi.
1 ədəd elektromobilin orta ixrac qiyməti 2024-cü ilin 6 ayına görə 41 min 338 dollara (70 min 275 manat) başa gəlib ki. bu da elektromobillərin son bir ildə 331 dollar (562 manat) və ya 1% ucuzlaşması deməkdir.
2023-cü ilin eyni dövründə orta ixrac qiyməti 41 min 669 dollar (70 min 838 manat) idi.