Azərbaycan, Rusiya və İran Şimal–Cənub dəhlizində fasiləsiz logistikanı təmin etmək üçün birgə işçi qrupu yaradacaq.
FED.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Biz üç ölkənin birgə işçi qrupunun yaradılması barədə razılığa gəldik. Bu qrup nəqliyyat nazirinin müavinləri və ölkələrimizin gömrük xidməti rəhbərlərinin müavinləri tərəfindən idarə olunacaq və burada mövcud olan bütün problemlər operativ və diqqətlə həll olunacaq”, - o qeyd edib. (Apa)