"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Çinin Azərbaycandakı səfiri Qo Minlə görüşərək onunla aviasiya sahəsində əməkdaşlıq və turizmin inkişafı perspektivlərini müzakirə edib.
Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir - FOTOLAR
FED.az bu barədə AZAL-a istinadən xəbər verir.
Görüşdə Bakı və Pekin arasında uçuşların bərpası edilməsi barədə fikir mübadiləsi aparılıb. Bu addımlar hər iki tərəfin əməkdaşlığı genişləndirmək istəyindən xəbər verir ki, bu da iki ölkə arasında işgüzar əlaqələri, mədəni mübadiləni və turizmin inkişafını gücləndirəcək.
Bundan əlavə, tərəflər Bakı ilə Çinin Sıçuan əyalətinin paytaxtı arasında birbaşa aviareyslərin açılması perspektivini müzakirə ediblər. Zəngin memarlığı və tarixi abidələri ilə Çenqdu turistlərin və səyahətçilərin böyük marağına səbəb olur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin administrasiyasının dəvəti ilə Sıçuan əyalətinə işgüzar səfəri çərçivəsində Sıçuan əyalətinin qubernatoru Xuan Tsyan Çin tərəfinin Çendu-Bakı aviareysinin açılmasında maraqlı olduğunu bildirib. Tərəflərin imzaladığı Anlaşma Memorandumuna əsasən, Bakı ilə Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətləri qurulub.
Görüşün sonunda tərəflər C.Əsgərov və Q.Min belə təşəbbüslərin iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə, o cümlədən turizm və biznesin inkişafı üçün yeni perspektivlərin açılmasına yönəldiyinə əmin olduqlarını bildiriblər.