2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana ABŞ-dan 4 milyon 160 min dollar dəyərində 218 ədəd elektromobil idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ABŞ-dan elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 426 min dollar və ya 52,2%, miqdar ifadəsilə isə 139 ədəd, başqa sözlə 2,8 dəfə artıb.
2024-cü ildə isə Azərbaycana ABŞ-dan 2 milyon 734 min dollar dəyərində 79 ədəd elektromobil idxal olunmuşdu.
Bu dövrdə ABŞ-dan idxal olunan bir elektromobilin orta qiyməti 32 min 441 manat olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 58 min 832 manat idi. Bu da illik müqayisədə 26 min 391 manat və ya 44,9% azalma deməkdir.