“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən, dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.
"Avtobuslar gecə yarısına kimi işləyəcək"
FED.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, fond müəyyən edilmiş meyarlara cavab verən avtobuslarla sərnişindaşıma xidməti göstərən daşıyıcıların müntəzəm sərnişin daşımaları sahəsində xərclərinin əvəzinin ödənilməsi üçün yaradılıb.
“Müntəzəm sərnişindaşıma sahəsində daha keyfiyyətli xidmətin göstərilməsi üçün avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti sistemi yenidən qurulur. Məqsəd müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın artırılmasıdır”,- deyə o nəzərə çatdırıb. (Azərtac)