Sərnişinlər çatdı, amma yükləri yox... Bakıdan Moskavaya uçan sərnişinlər problemlə üzləşiblər...
Hava daşımalarında baqaja vurulan zərərə görə məsuliyyət həddi müəyyənləşib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bloqer Əlixan Rəcəbov öz sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Moskva istiqamətinə uçuş həyata keçirib. Lakin, təyyarə eniş etdikdən sonra onun, eləcə də təyyarədə olan 300-dən çox sərnişinin baqajı gəlib çatmayıb.
Bəs, bu halda sərnişinlər nə etməlidirlər?
Turizm ekperti Rəhman Quliyev deyir ki, prosesə cavabdeh qurum birbaşa həmin hava limanıdır.











