O bildirib ki, uzunmüddətli tranzit tələbi modelinin aralıq nəticələri, ssenariləri, daşımanın dəyəri və vaxtı nəzərə alınmaqla təhlillər hazırlanmış, həmçinin həcm və EBİTDA göstəricilərinə əsaslanan uzunmüddətli tranzit tələbi ssenariləri formalaşdırılıb.
Eləcə də bax: Bakı Limanında konteyner aşırılması - 32% ARTIB
FED.az xəbər verir ki, ADY-nin Yükdaşımalar departamentinin baş mühəndisi İlqar Mustafayev bildirib ki, Azərbaycan dəmiryolçularının konteyner blok qatarlarının hərəkəti ilə bağlı gürcüstanlı həmkarları ilə daha operativ koordinasiyası sayəsində əvvəllər ortaya çıxan bir sıra problemlər artıq öz həllini tapıb: “Pilot qatarın işə düşməsindən sonra platformaların dövriyyə müddəti 57 % azalıb. Yeni sistem istifadəyə verildikdən sonra Ələtdə fitinq platformaların dövriyyə müddəti 25 % azalaraq 3 günə çatıb. Bu göstəricini gələcəkdə 3 gündən də az vaxta endirmək əsas məqsədlərdəndir”.
Xatırladaq ki, Azərbaycan üzərindən keçməklə Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan Tbilisiyə 2021-ci ilin fevral ayında yola salınıb. Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. (Report)