21 may 2019 12:13

Bakı ətrafında elektrik qatarları işə düşür – YENİLİK

Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib. Dövlət başçısı sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gələrək burada yaradılan şəraitlə tanış oldu.

FED.az xəbər verir ki, artıq yaxın günlərdə Bakı ətrafında elektrik qatarlarının fəaliyyəti başlayacaq. İlkin olaraq Sabunçu vağzalından Bakı sərnişin vağzalına elektrik qatarlarının gəlməsi gözlənilir. Bu qatarlar şəhərin mərkəzinə 10-15 dəqiqəyə çatmalıdır.

Eləcə də bax: İlham Əliyev Bakıda marketdə - FOTO

Bununla da, Bakının kənarları ilə mərkəzi arasında sərnişin daşınmasında yeni vəziyyət yaranacaq və bu yenilik avtobus marşrutlarının fəaliyyətinə də təsir edəcək. Hələlik, bu qatarlarda gediş haqqının nə qədər olacağı açıqlanmır, amma gözlənilir ki, bu məbləğ həmin istiqamətdə hərəkət edən avtobuslarla rəqabət aparacaq həddə olsun.

Qeyd edək ki, Dövlət Dəmir Yollarının Bakı ətrafı ərazilərlə bağlı böyük planları var. Bir qədər əvvəl qurumun rəhbəri Cavid Qurbanov bildirib ki, həm Bakı Dairəvi dəmiryolunun yenidən qurulması işləri gedir. Bakı Dairəvi dəmiryolunda 14 stansiya olacaq. Yol 30 minə yaxın sərnişinin daşınmasına xidmət edəcək. Burada təqribən 7 cüt qatar işləyəcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz