21 may 2019 11:51

Prezident Sabunçuda açılışda - FOTO, YENİLƏNİB

Mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

FED.az xəbər verir ki, dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib, sonra Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lent kəsilib. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlət başçısına Bakı sərnişin–Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verdi. Sonra Prezident İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gəldi, burada yaradılan şəraitlə tanış oldu.



















































 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz