Son 5 ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 aviareys həyata keçirilib.
FED.a xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Belə ki, bu ilin dekabrın 11-də məlum olub ki, İrəvandan Bakıya beynəlxalq şirkət tərəfindən sifariş edilmiş çarter reysi həyata keçirilib. Nazirlik yazılı sorğuya cavabında bu reysin ilk olmadığını izah edib.
"Son 5 il ərzində, 2020-ci ildən başlayaraq, İrəvandan Bakıya və əks istiqamətdə beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün 66 dövlət reysi həyata keçirilib", - nazirlikdən bildirilib.
Eyni zamanda, İrəvan-Bakı-İrəvan marşrutu üzrə avialaynerlər iki trayektoriya üzrə uçurlar. (Report)