Xəbər verildiyi kimi, mayın 14-də Türkiyənin Qara dəniz sahilindəki Rizə şəhəri yaxınlığında Rize-Artvin Hava Limanı fəaliyyətə başlayıb.
FED.az-ın məlumatına görə, aeroportun açılışında Türkiyə və Azərbaycan prezidentləri də iştirak edib.
Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Amma onun tikintisi qalan aeroportlardan çox fərqli şəkildə həyat keçirilib.
Rize-Artvin Hava Limanı Türkiyə tarixində növbəti hava limanı kimi deyil, dənizin doldurulması və maraqlı mühəndis həlləri tətbiq edilmiş bir layihə kimi qalacaq. Rize-Artvin Hava Limanı Qara dəniz sahilində 3 milyon kvadrat metrlik sahədə dənizin doldurulması ilə 5 il müddətinə tikilib. Hava limanının tikintisi, əvvəlcə suyunaltında, sonra isə dənizin üzərində davam edib.
Bu, dənizin doldurulması üsulu ilə Türkiyədə Ordu-Giresun Hava Limanından sonra 2-ci, dünyada isə Yaponiya, Honq-Konq və Cənubi Koreyadan sonra dünyanın dənizdəki 5-ci hava limanı oldu. Hava limanı həm mülki, həm də hərbi məqsədlərlə istifadı ediləcək, burada həm mülki şəxslər, həm də silahlü qüvvələr üçün perrorlar tikilib.
Rize-Artvin Hava Limanının tarixi 2014-cü ildə prezident Rəcəb Tayyib Ərdoğanın Rizə şəhərindəki çıxışı ilə başlayır. Ərdoğanın 2014-cü ildə Rizə mitinqində «Mən sənə baxıram, sən göyə baxırsan, anladım ki, hava limanı istəyirsən» sözlərindən sonra Rizə və Artvinə ortaq xidmət göstərəcək hava limanı üçün işlərə start verildi.
Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir.
Nəqliyyat və İnfrastruktur Nazirliyi İnfrastruktur İnvestisiyaları Baş İdarəsinin (AYGM) texniki qrupları bölgənin sərt coğrafi quruluşuna görə quruda inşası mümkün olmayan hava limanı üçün dənizi doldurmağa qərar verib.
Bütün daxili və beynəlxalq uçuşların edilə biləcəyi hava limanı üçün lazımi maneə və nəqliyyat hesablamaları edildi və ən uyğun ərazi Rizenin Pazar mahalında Yeşilköy yeri olaraq təyin olundu. Hava limanında hər il minlərlə təyyarənin enib qalxacağı uçuş-enmə zolaqları və üst quruluş obyektləri olacağından dəniz 'öncədən yükləmə' texnikasından istifadə edilərək tikilib. Bu üsula əsasən tikinti ərazisi əvvəlcə gələcəkdəki binanın çəkisi qədər torpaqla doldurularaq sıxılır. Yerr bərkiyəndən sonra torpaq çıxarılırvə tikinti başlayır.
Hava limanında uçuş-enmə zolağının uzunluğundan tutmuş yaxınlaşma işıqlarına, səki örtüyünün növü və qalınlığından məskunlaşma proqnozlarına və ölçülərinə qədər onlarla müxtəlif sahədə dəqiq hesablamalar aparılıb. 3 aprel 2017-c ildən etibarən isə hava limanında dənizin doldurulmasına başlanılıb.
Hava limanının yerinin möhkəmliyinin təmin edilməsi üçün dənizin altında aeroportun tikildiyi sahənin altından boş qum çıxarılıb. Su altında işləyən dalğıcların da iştirakı ilə aparılavn işlər zamanı dənizin dibindən ümumilikdə 1 milyon kubmetr material götürülüb. Hava limanını Qara dənizin şiddətli dalğalarından qorumaq üçün isə xarici qoruyucu dalğaqıran tikilib.
Hava limanının tikildiyi ərazidə dənizin orta dərinliyi 17,5 metr təşkil edir. Bu dərinliyi doldurmaq üçün hər birinin çəkisi 8-10 tona qədər olan, 7 kilometr məsafədən daşınan milyonlarla daş yük maşınları və gəmilərlə daşınaraq, orta dərinliyi 17,5 metr olan dəniz doldurma sahəsində 28 metr dərinliyə doldurulub.
Dəniz altında seysmik cihazlarla aparılan ölçmələrdən sonra 35 ton və 45 ton ağırlığında 20 min 500 ədəd 'x blok elementi' 300 tonluq kranla dalğıclar tərəfindən dənizin altına yerləşdirilib. Dənizin doldurulması üçün 100 milyon ton daş istifadə edilən hava limanında 304 svayın üzərinə 76 yaxınlaşma işığı yerləşdirilib.
Uçuş-enmə zolağı, perron və taksi yolları və bina dolguları tamamlandıqdan sonra hava limanında üst quruluş işləri başlayıb. Bunun üçün 500 min kvadratmetr çınqıl bünövrə və alt baza, bitum özül və bağlayıcı istehsal edilib. Nəhayət, Türkiyədə ilk dəfə olaraq hava limanında döşəmələri gücləndirmək üçün 810 min kvadratmetr sahədə geogrid materialı istifadə edilmişdir.
Daxili və beynəlxalq uçuşların edilə biləcəyi Rize-Artvin Hava Limanı, 3 min metr uzunluğunda və 45 metr enində uçuş-enmə zolağına və 265 metrə 45 metr ölçüdə taksi yoluna malikdir, Burada 47 min kvadrat metrlik qapalı tikili, eləcə də 450 avtomobil tutumlu parkinq sahəsi var.
Terminal binasının içərisində Çay Muzeyinin tikildiyi hava limanında hava hərəkətinə nəzarət qülləsi armudu stəkan kimi dizayn edilib. hava limanının girişi isə çay yarpağı formasında hazırlanıb. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.
135 min kvadratmetrdən çox landşaft sahəsi olan hava limanının 49 min kvadratmetri Qara dənizin coğrafi xüsusiyyətlərinə uyğun gələn 1453 ağacla yaşıllaşdırılıb.
Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.
Yeni hava limanı o qədər də baha qiymətə başa gəlməyib. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Rizə Artvin Hava Limanının investisiya dəyərinin 4,5 milyard lirəyə, yəni indiki məzənnəyə görə təqribən 300 milyon dollara başa gəldiyini bildirib.
Nazirin sözlərinə görə, yeni hava limanı ölkə iqtisadiyyatına 1,2 milyard dollar dəyər gətirəcək. «Həm Türkiyə ilə region ölkələri arasında siyasi və iqtisadi əlaqələri dəstəkləyəcək, həm də sosial-iqtisadi və sosial-mədəni inkişafı sürətləndirməklə regionun investisiya potensialını artıracaq»-deyə nazir bildirib.
Karaismailoğlu, "Hava limanımız tikinti dövründə birbaşa və ya dolayısı ilə 56 fərqli sektordan faydalandı və istismar dövründə də bunu davam etdirəcək. Bu çərçivədə tikinti dövründə milli gəlirə təsir 556 milyon dollardır, məşğulluq 28 min 100 nəfər, istehsala təsiri isə 1,2 milyard dollardır»-deyə nazir bildirib.