"Şirvan Olimpiya İdman Kompleksi" MMC "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə qaldırılıb.
İşə Şirvan Kommersiya Məhkəməsində baxılır. İddia hakim Elşən Abdullayevin icraatındadır.