"Netim Telekom" MMC barəsində rabitə qaydaları əleyhinə olan (Telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsi) inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 370-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 370-ci maddəsinə görə, mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
İş Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın icraatındadır.