“AsPlus” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İşə Abşeron Rayon Məhkəməsində baxılır. İddia müvafiq olaraq Sevinc Quliyevanın və Vaqif Həsənovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmə ilə bağlı baxış iclasları müvafiq olaraq 31.01.2023-cü il 16:50-yə və 02.02.2023-cü il saat 17:15-ə təyin edilib.
Əlavə məlumat üçün qeyd edək ki, "AsPlus" MMC 09.02.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 624 900 manatdır. Qanuni təmsilçisi Əsəd Rəsullu İbrahim oğludur. Hüquqi ünvanı Az0119 Abşeron rayonu, Novaxnı qəsəbəsində yerləşir.