"Arkoz Qazax Semenet Zavodu" MMC üç şirkəti məhkəməyə verib.
FED.az xəbər verir ki, məhkməyə verilən şirkətlər "Sky Residence Group" MMC, "Sunrise Travel" MMC, və "SN Construction" MMC-dir.
Hər üç iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklər üzrə qaldırılıb.
İşlərə Bakı Kommersiya Məhkəməsində müvafiq olaraq hakim Ülkər Həsənova və Aytən Əliyeva təyin edilib.