“Qala Sığorta” ASC “Azəristiliktəchizat” ASC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, sığorta şirkəti bunun üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib.
Müraciət qaldırılma səbəbi isə sığorta müqaviləsi üzrə mübahisələr ilə bağlıdır.
İş hakim Mədinə Bağırovanın icraatındadır.