İş təklifi aldıqdan sonra, demək olar ki, hər kəsin qorxduğu bir mərhələ gəlir: Maaş danışıqları.
FED.az xəbər verir ki, “Mən sizə zəngin olmağı öyrədəcəyəm” adlı bestsellerin müəllifi Ramit Sethi bu zaman çoxlu miqdarda pulun riskə atıla biləcəyini deyir.
Eləcə də bax: Azərbaycanda iş və işçi axtaranlar üçün - YENİLİK
Onun sözlərinə görə, məsələyə doğru yanaşma nümayiş etdirməklə bağlı yanlış konsepsiyalar da var. Bəzən danışıqlar vəziyyəti daha da gərginləşdirə bilər.
Lakin danışıqlara hazır vəziyyətdə getsən, yüksək maaşa doğru yolunu istiqamətləndirmiş olarsan. Adətən, risk mükafata layiq olur. “Payscale” qorxuları ilə üzləşərək daha çox maaş üçün müraciət edən şəxslərin 70%-nin əmək haqqının artırılmasına nail olduğunu bildirir.
Bəs maaş danışıqlarında 4 ümumi səhvdən necə yayınmaq olar ?
1.Sən danışmırsan
Sethinin fikrincə, ən birinci və böyük səhv ümumiyyətlə danışmamaqdır. Bu, o deməkdir ki, sən iş görüşməsində maaşla bağlı ilk təklifi qəbul edirsən və ya işlədiyin şirkətdə öz müdirinlə daha yüksək maaş almaq üçün danışıqlar aparmırsan. “PayScale” in 160 min amerikalı arasında apardığı sorğuya görə, insanların təxminən üçdə ikisi maaş artımı üçün heç vaxt danışıqlar aparmayıb.
Sethi deyir: “Mən istərdim ki, kiminsə sizin bacarıqlarınızı görüb sizə pul verməyini gözləmək əvəzinə, danışıqlara başlayasınız. Danışıqların aparılmaması kimi səhv sizin ömrünüz boyunca yüz minlərlə dollar itirə bilməyiniz deməkdir”. “Zip Recruiter”in hesablamasına görə, maaş artımı üçün danışıqların aparılmaması bir insanın yaşadığı müddətdə 750 min dollar itirməsi ilə nəticələnir.
Əgər bir insan maaşla bağlı müzakirələr aparırsa, deməli, danışıqlara meyilli olur - nə qədər çox danışsan, o qədər çox pul qazanmaq şansın olur.
2.Əvvəlcədən planlaşdırmırsınız
Düşünürsən ki, danışıqlar aparmaqla qəflətən peşəkar olacaqsan? Sethinin fikrincə, yox olmayacaqsan. Sənin müdirin yüzlərlə işçi ilə görüşərək onlarla müzakirələr aparıb. Buna görə də edə biləcəyin söhbəti əvvəlcədən planlaşdırsan yaxşıdır.
“Glassdoor”, “Payscale” və “Linkedİn”də bacarıqlarına uyğun ala biləcəyin maaşı müəyyənləşdir.
Sethi deyir ki, bundan sonra hazırkı bacarıqlarına baxırsan və şirkətə nələr verə biləcəyini düşünürsən. Özünə vaxt ayıraraq bu barədə ucadan danışmağı təcrübədən keçir. Əgər bu təcrübə əsasında effektiv şəkildə kommunikasiya qura bilsən, onda əmək haqqının artırılması üçün görüşə gedə bilərsən.
3. Yanlış insanlardan məsləhət alırsan
Hər kəsin danışıqları aparmağın ən yaxşı yolu barədə fikri ola bilər, lakin heç də hər kəs səni düzgün istiqamətləndirməyəcək. Sethi hesab edir ki, ekspert olmayanların və ya sosial mediadakıların sənə təsir etməsinə imkan verməməlisən. Xüsusilə, onlar sənə aldığın maaşla kifayətlənməli və hətta bir işin olduğu üçün minnətdarlıq etməli olduğunu deyirsə, həmin insanlardan uzaq olmalısan.
Əgər içkili əmin öz kürsüsündə oturub “Niyə danışmalısan ki?” sualını verirsə, sən onu dinləməməlisən. Sethi məsləhət görür ki, uğurlu dostlarından məsləhət alasan.
“Onlar bundan öncə, maaş barədə görüş keçiribmi, keçiriblərsə danışıqları necə aparıblar?” Öz təcrübələrini paylaşan insanları dinləyəndə danışıqlar prosesində sən özünə inamlı olacaqsan və nəyə layiq olduğunu görəcəksən.
4. İlk cəhddən sonra imtina edirsən
Sən danışıqlar üçün hazırlaşıb getsən də, menecer və ya müdir yüksək maaş istəyinə “yox” cavabı verə bilər. Bu, normaldır. Lakin yanlış olan, cəhdləri dayandırmaqdır.
Cavab verməyin daha yaxşı yolları var. Aşağı maaşı qəbul etmək əvəzinə, “Təklif edilən rəqəmlərə baxa bilərəm?” və ya menecerə “Siz bu maaşı necə müəyyənləşdirdiniz?” sualını vermək olar. Əgər menecer bunun standart maaş göstəricisi olduğunu və hər kəsə bu miqdarda maaş verildiyini deyirsə, sən “Başa düşürəm, lakin bu tipik namizəd üçün standart rəqəmdir, mən isə təcrübəli və bacarıqları olan bir işçi kimi adi namizəd deyiləm” cavabını verə bilərsiniz.
Əgər menecer danışıqlara əhəmiyyət verməsə, ümidini itirmə. Əgər iş xoşuna gəlirsə, onda başla. Şirkətdə özünü təsdiq etdikdən sonra illik baxış zamanı yenidən maaşının artırılmasını istəyə bilərsən. Cavab vermək üçün bir çox yollar var, lakin sənin ilk növbədə təcrübən olmalıdır.
Mənbə: insider.az