Bu gün Hindistanın qərbindəki Qucarat ştatında dünyanın ən hündür heykəlinin - Birlik abidəsinin təntənəli açılış mərasimi keçirilib. FED.az xəbər verir ki, beton və metaldan olan heykəldə Hindistanın milli azadlıq hərəkatının lideri Mahatma Qandinin davamçılarından biri, parçalanmış ştatları vahid dövlətdə birləşdirməyə müvəffəq olan Vallabhai Patel əks olunub.
Qeyd edək ki, abidənin hündürlüyü 182 metrdir. Bu göstərici ilə o, ABŞ-dakı Azadlıq Heykəlindən (93 metr) təxminən, iki, Braziliyadakı İsa Məsih abidəsindən (38 metr) təqribən, 5 dəfə hündürdür.
Racpilla yaxınlığında, Sadhu Bet çay adasında Narmada bəndinin qarşısında yerləşən abidənin zirvəsində eyni anda, təxminən, 200 nəfəri qəbul edəcək müşahidə meydançası var. Abidənin ətrafı ilə birlikdə 20 min kvadratmetrdən çox sahəni əhatə edir və 12 kvadrat kilometrlik süni göllə əhatə olunub.
Abidənin tikintisi üçün 3,5 mmin mühəndis və fəhlələr 5 il işləyiblər. Abidə 430 milyon dollara başa gəlib.
Bununla yanaşı, qeyd edək ki, Hindistan əhalisinin 75%-i, təqribən 1 milyard nəfər yoxsulluq həddindən aşağıda yaşayır. Əhali Afrikaaölkələrindən də yoxsul vəziyyətdədr. 300 milyon nəfərin elektrik enerjisinə, 100 milyon nəfərin təmiz suya çıxışı yoxdur. 800 milyon nəfər isəantisanitariya şəraitində yaşayır, bunların bir hissəsi ayaqyoludan belə istifadə eləmir.
Mumbay kimi şəhərlərdə əhalinin 60%-i daxmalarda yaşayır, bunlardan ən məşhuru Dxaravidir - 215 hektarlıq daxmalarda təqribən 1 milyon nəfər yaşayır.
Əhalinin bir hissəsi ümumiyyətlə küçələrdə gecələyir. Bunların arasında hətta işi və gəliri olanlar da var – havalar isti olduğuna görə, insanlar pullarını əmlaka yatırmağa ehtiyac görmürlər.
Elementar gigiyena normalarına əməl olunmaması (ölkədə tualeti olmaq böyük sərvət sayılır), təhsil və səhiyyənin aşağı səviyyədə olmaması, lazımınca qidalanmaması səbəbindən ölkədə orta ömür uzunluğu 63 yaşdır.