Azərbaycanda dövlət qurumlarına maliyyə nəzarətinin 2024-cü il üzrə nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti xidməti ötən il keçirilən yoxlamaların nəticələrini açıqlayıb.
Qeyd edək ki, Maliyyə Nəzarəti Xidməti dövlət qurumlarındakı vəziyyəti 3 istiqamətdə yoxlayır: (1) iş planına əsasən, (2) prokurorluğun müraciəti (3) vətəndaş müraciətləri.
Belə ki, FED.az-ın məlumatına görə, 2024-cü ildə Maliyyə Nəzarəti Xidməti tərəfindən 100 qurumda yoxlama aparılıb, onlardan 5-i vətəndaş müraciəti əsasında baş verib. Vətəndaşlar 5 qurumda maliyyə potuntuları, yeyintilər barədə məlumat verib və orada aparılan yoxlamalar nəticəsində doğrudan da 4,5 min manat pozuntu olduğu aşkarlanıb.
Vətəndaş müraciətləri əsasında yoxlamalar
1) Füzuli Rayon İcra Hakimiyyətinin Qaraxanbəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində (2022-2024-cü illər üzrə)
2) Ağsu Rayon İcra Hakimiyyətinin Kəndoba Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində (2013-2018)
3) Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzində (2024)
4) Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində (2024)
5) İmişli Rayon İcra Hakimiyyətinin Qaradonlu Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində (2020-2021) aparılıb.
Yoxlamalar nəticəsində 4,5 min manatlıq pozuntu aşkar edilib və məbləğin nisbətən az olmasına baxmayaraq bununla bağlı materiallar prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.