Bu gün Bakıda Azərbaycanın Vergilər Nazirliyinin təşkilatçılığı ilə «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda konfrans işinə başlayıb. FED.az tədbirin gedişini onlayn yayımlayır.
11:32
Tədbirdə çıxış edən Azərbaycanda fəaliyyət göstərən «Deloitte» şirkətinin nümayəndəsi, eləcə də Azərbaycanda Amerika Ticarət Palatasının rəhbəri Nuran Kərimov bildirib ki, vergi sistemindəki problemlərin bir hissəsi kölgə iqtisadiyyatı ilə bağlıdır: «Bunun da əsas səbəbi korporativ deyil, gəlir, əmək haqqından tutulan vergilərin yüksək olmasıdır. Bu verginin ərəcəsinə yenidən baxılması yaxşı olardı. Bundan başqa, sosial ödənişlər və onun yaratdığı sosial müdafiənin adekvatlığı da təsirini göstərir». N.Kərimov bildirib ki, əsas amillərdən biri çirkli pullarla mübarizədir. Özü də buna təkcə Vergilər Nazirliyi deyil, bütün qurumlar dəstək verməlidir, o cümlədən banklar. Günün günorta çağı gətirib banka 500 min manat qoyurlar, soruşuruqmu ki, bu hardandır?».
Palata sədri bildirib ki, sahbkarlıq strukturlarının maliyyə hesabatlarını hazırlayıb və ictimai açıq resurslarda yerləşdirməsi vacibdir. Xaricdə bu qaydaya çevrilib və bizdə də çox təsirli addım ola bilər. N.Kərimovun sözlərinə görə, idxal-ixrac əməliyyatlarında şəffaflıq artmalı, eləcə də nağdsız hesablaşmalarla bağlı dəyişikliklər edilməlidir: «Nağdsız hesabalaşmalarla bağlı yeni qaydalar artıq bir ilə yaxındır qüvvədədir. Bu təcrübənin həm yaxşı həm də pis tərəfləri ortaya çıxdı. Yəni sahibkarlar bundan narazılıq da edirdilər. Məncə burada, təkcə stimullaşdırma alətləri də olmalıdır. Nəhayət, sahibkarlıq subyektlərinə bərabər rəqabət şəraiti yaradılmalı, eləcə də vergi mübahisələri ədalətli araşdırılmalıdır. N.Kərimov digər mühüm məsələyə də toxunub: «Məncə biz indii də olmasa yaxın gələcəkdə fərdi vergi bəyan etmə sisteminə keçməliyik. Hər br vətəndaş öz gəlir və xərcləri haqqında heabat verməlidir. Bu təkcə vergi yıığımların artmaana səbəb olmaqla yanaf, iqtisadiyyatı təmizləyəcək, iqtisadiyyata çirkli pulların daxil olmasının qarşısını alacaq».
11:09
Vahid Əhmədov və Məmməd Musayev biznesmenləri, sahibkarları və tədbir iştirakçılarını qarşıdan gələn 11 aprel prezident seçilərində prezident İlham Əliyevə səs verməyə çağırıb.
11:05
ASK-nin sədri Məmməd Musayev bu sahədə bəzi təkliflərini açıqlayıb. Bunlar aşağıdakılardır:
- Yeni ödəyicilər üçün ilk dəfə ödənilməyən vergiyə görə, cərimə deyil, ilk dəfə olanda xəbərdarlıq edilsin.
- Şirkətlərin kapitala yönəltdiyi vəsaitlər vergidən azad edilsin.
- Sadələşdirilmiş vergi ilə bağlı hədd indiki 200 min manadan dha yüksək olsun.
M.Musayev bildirib ki, ASK-nin vergilərlə bağlı təkliflər çoxdur və buna vergilər naziri Mikayıl Cabbarovla görüşdə ətraflı açıqlayacaqlar.
11:00
Azərbaycanda ƏDV-nini dərəcəsinə yenidən baxmaq lazımdır.
Bunu Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda konfransında Milli Məclisin iqtisadi siyasət koitəsinin sədr müavini Vahid Əhmədov deyib.
«Biz araşdırmışıq, Avropanın ayrı-ayrı ölkələrində ƏDV-nin orta dərəcəsi 15-25% arasındadır. Amma bəzi məhsulları üçün onlar çox aşağı səviyyədədir.
Vahid Əhmədov bildirib ki, sadələşdirilmiş verg ilə bağlı dəyişikliklıər edilməli, bu verginin tətbiqi lə bağlı hədd artırılmalıdır: «Hazırda bu hədd 200 min manat təşkil edir. Amma bu məbləğ müəyyən edildikdən sonra Azərbaycanda iki dəfə devalvasiya baş verib. Ona görə də bu 200 min manat reallığı əks etdirmir. Bu məbləğ 300-400 min manata artırılmalıdır».
10:53
Milli Məclisin iqtisadi siyasət koitəsinin sədr müavini Vahid Əhmədov Azərbaycanda vergi azad olmalarının həddən artıq yüksək olduğunu bildirib.
O, bunu Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda konfransda bildirib.
Vahid Əhmədovun sözlərinə görə, hazırda Vergi Məcəlləsində müxtəlif azad olmalar nəzərdə tutulur və bunların heç də hamısı ədalətli deyil: «Fikrimcə bu məsələ ilə bağlı bir limit qoyulmalıdır».
10:47
Azərbaycanın Vergilər Nazirliyinin təşkilatçılığı ilə «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, «Mən vergi yüknün artırılmasını istəmirəm, amma hazırda ÜDM-nin tərkibində vergilərin həcmi 8-9% təşkil edir. Halbuki biz bunu 35-36%-ə çatdırmalıyıq.
"Belə edə bilsək, ölkənin şarşısındakı iqtisadi məsələləri həll edə bilərik. Bunun üün hökuməti daxilində, müxətəlif qurumlar arasında daha güclü koordinasiya olmalıdır. Bu məsələləri həll etməli, şəffaflığı artırmalıyıq ki, dünya ölkələri arasında da reytinqimiz yüksəlsin və investorlrın diqqətini cəlb eləsin". Z.Səmədzadə qeyd edib ki, hazırda sadələşdirilmiş vergi ödəyicilərinin sayı böyük olsa da onlrın verg ödəmələrinədə payı olduqca aşağıdır: "Təsəvvür edin, ödəyicilərin sayı 60-70% olduğu halda, oqnların verg ödəmələrində pay cəmi 0,8%-dir. Bu məsələlər də həllini tapmalıdır».
10:38
"Bəzi problemlərin kökündə keçid dövründə yaranan vəziyyət dayanır".
Bunu Azərbaycanın Vergilər Nazirliyinin təşkilatçılığı ilə «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib: "Məsələn, biz artıq neçə illərdir ki, kənd təsərrüfatı sahəsində çalışanları vergidən azad etmişik. Ölkə əhalisinin 35%-nin çalışdığı sahədə insanlar vergi ödəmirlər. Amma yaxşı olarda ki, onlar da müəyyən qədər verg ödəyərdilər".
10:31
Azərbaycanda ƏDV diferensiallaşdırılacaq. Bunu Azərbaycanın Vergilər Nazirliyinin təşkilatçılığı ilə «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, bu addım iqtisadiyata müsbət təsri edə bilər. «Ola bilər bəzi sahələr üçün 5-6% ƏDV olsun. Bu barədə düşünmək lazımdır».
Azərbaycanda məhsuldarlığın, iqtisadiyyatdakı mənfəətin rəsmi səviyyəsi, reallığa uyğun deyil. Ziyad Səmədzadə bildirib ki, rəsmi məlumatlara görə, ÜDM-də mənfəətin xüsusi çəkisi cəmi 3-4%-dir: ««Allah haqqı bu rəqəmlər reallığı əks etdirmir İnvestorar da baxır və deyir ki mənfəəti belə aşağı olan ölkədə işləmək olarmı?»
10:25
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, son 15 ildə aparılan işlər nəticəsində ölkədə sabit iqtisadi sistem qurulub, o cümlədən sahbkarlığın inkişafı üçün lazımi şərait yaradılıb: «Amma indiyədək qalan və hamımızı narahat edən bəzi məsələləri müzakirə etməliyik. Özü də bu məsələər sizin, iş adamlarının iştirakı ilə həll edilməlidir». Ziyad Səmədzadə qeyd edib ki, vergi ödəyicilərinin sayı artmalıdır. «Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, vergr yükü deyil, vergi ödəyicilərinin sayı artmalıdır».
10:18
Nazirliyin vergi ödəyiciləri ilə iş departamentinin rəhbəri Elçin Məmmədov bildirib ki, tədbrin vergi əməkdaşlarının peşə bayramına təsadüf edən bu tədbirin keçirilməsinin əsas məqsədi, sahibkarlarla vergi xidməti arasındakı münasibətləri, əməkdaşlıq vəziyyəini müzakirə etməkdir: «Biz əməkdaşlığa və hamını dinləməyə hazırıq, təkcə bu tərbirdə deyil, həmişə bütün sahibkar qruplarının müraciətlərini dinləməyə hazırıq».
Xatırladaq ki, Elçin Məmmədov bunu, Azərbaycanın Vergilər Nazirliyinin təşkilatçılığı ilə «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda konfransda deyib.
10:09
Bu gün Bakıda Azərbaycanın Vergilər Nazirliyinin təşkilatçılığı ilə «Vergilər. Şəffalıq. İnkişaf» mövzusunda konfrans işinə başlayıb.
FED.az xəbər verir ki, tədbirdə ölkənin vergi xidmətinin bundan sonrakı fəaliyət prinsipləri açıqlanacaq. Tədbirdə nazirliyin nümaynədələri ilə yanaşı, ölkənin büğün biznes cəmiyəti, o cümlədən sahibkarlar, şirkət rəhbərləri, iri biznes təşkilatlarının nümaynədələri, xarici və yerli biznesmenlər, eləcə də xarici təşkilatların nümaynədələri iştirak edirlər. Gözlənilir ki, bu prinsipləri nazir Mikayıl Cabbarov özü açıqlayacaq.
FED.az tədbirin mühüm hissələrini, o cümlədən nazirin çıxışını tam olaraq canlı yayımlayacaq.
Vergilər Nazirliyi «şəffaf» rejimə keçir - TOPLANTI - YENİLƏNİR
10:09
13 Fev 2018