Azərbaycanın tanınmış qiymətləndirmə şirkəti yüksək səviyyəli və beynəlxalq protokollara uyğun yeni xidmətlər təklif edir
Azərbaycanda tikinti materialları bahalaşacaq
Uzun illərdir Azərbaycan qiymətləndirmə bazarının əsas iştirakçılarından olan “Vecon Consulting” şirkəti fəaliyyət sahəsini genişləndirib.
FED.az xəbər verir ki, şirkət artıq müştərilərə çoxsaylı yeni və innovativ xidətlər təklif etməyə başlayıb.
“Vecon Consulting”in uzun illər obyektiv, dəqiq, tərəfsiz, beynəlxalq və milli standartlara uyğun fəaliyyəti partnyor sayının artmasına, iş portfelinin böyüməsinə səbəb olub. Nəticədə şirkət böyüməyə və digər sahələrdə də fəaliyyət qurmağa qərar verib. Bura qiymətləndirmə xidməti ilə yanaşı, aidit xidməti, sayım və inventarizasiya xidməti, bankların problemli kredit portfelindəki əmlakların idarə edilməsi, iühasibatlıq və biznes konsaltinq, bazar araşdırılması xidmətləri aiddir. Eləcə də ilk dəfə olaraq şirkət intellektual kapitalın qiymətləndirilməsi xidməti də göstərməyə başlayıb.
Fəaliyyətini genişləndirdikdən sonra şirkətin hazırda təqdim etdiyi xidmətlər aşağıdakılardır:
1. Audit xidməti – qısa zamanda maliyyə hesabatlılığını təmin edilmiş və müəssisələr üçün vacib sayılan audit hesabatlarının təşkili:
· Maliyyə-təsərrüfat əməliyyatların qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsdiqi;
· Maliyyə-təsərrüfat əməliyyatların vergi qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsdiqi;
· Əmlakın qimətləndirilməsini düzgünlüyünün təsdiqi;
· Qiymətli kağızların emissiyası üçün rəylərin verilməsi;
· Səlahətli dövlət orqanlarının sifarişilə aparılan audit;
· Vergi qanunvericiliyə uyğun audit yoxlamasının aparılması;
· Daxili auditin sıfırdan qurulması və işlənməsinin təşkili;
· Digər auditor (əlaqəli) xidmətləri;
2. Sayım və inventarizasiya xidməti – daxili hesablaşma, yoxlama və uçot məqsədilə avadanlıq vasitəsilə sayım və inventarizasiya xidmətinin təşkili;
3. Bankların problemli kreditlər qovluğunda olan obyektlərin satışına və icarəsinə dəstək – rieltor və konsultinq xidməti;
4. Layihə - smeta xərclərinin hazırlanması;
5. Müəssisə və təşkilatlarda mühasib xidmətlərinin göstərilməsi;
6. Logo mühasibat proqramında mühasib uçotunun qurulması;
7. Logo mühasibat proqramında mühasib uçotunun bərpası və daimi dəstək;
8. Müəssisə və təşkilatlarda mühasib xidmətlərinin göstərilməsi;
9. Mühasibat və vergi uçotu, vergitutma üzrə ayrı-ayrı məsləhət xidmətlərin göstərilməsi;
10.Hüquqi şəxslərin yaradılması məqsədilə təsis sənədlərin işlənib hazırlanması;
11.İqtisadi əsaslandırmaların, biznes planlarının və digər layihərin işlənib hazırlanması;
12.İntellektual kapitalın qiymətləndirilməsi;
13.Daxili nəzarət sisteminin yoxlanılması və qiymətləndirilməsinin aparılması;
14. Əsaslandırılmış məlumatlar əsasın bazar araşdırılması xidmətlərin göstərilməsi.