12 dekabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 69,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Qeyd edək ki, 07 dekabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 44,8 milyon ABŞ dolları təşkil etmişdi.