18 iyul 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bu barədə FED.az-a Mərkəzi Bankdan (AMB) bildirilib.
Hərracda tələb 32,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.