Unicapital İnvestisiya Şirkəti 24-25 iyun tarixlərində regionun aparıcı maliyyət tədbirlərindən biri olan “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə iştirak etdi.
FED.az xəbər verir ki, “Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal İnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş tədbirdə 300-ə yaxın beynəlxalq və regional təşkilatlardan 1500-dən çox nümayəndə iştirak etdi.
İki günlük sammit çərçivəsində 50-yə yaxın yerli və beynəlxalq spikerin 7 tematik panel üzrə çıxışları baş tutdu.
Unicapital-ın direkroru Tofiq Həsənov da panel müzakirələrində spiker qismində iştirak etdi. Öz çıxışı zamanı o, investisiya imkanlarının geniş kütlələr üçün əlçatan edilməsi, həmçinin rəqəmsal maliyyə alətlərinin tətbiqi ilə bağlı baxışlarını bölüşdü. T.Həsənov öz təqdimatında real təcrübəyə əsaslanan bank-fintex əməkdaşlığı nümunələrinə xüsusi yer ayırdı.
Sammit Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirildi.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.