Türkiyənin Maliyyə naziri Mehmet Şimşək bazarların sağlam işləməsi üçün lazım olan bütün addımları atmağa davam edəcəklərini qeyd edərək, "İşimizin başındayıq. Lütfən, əsassız xəbərlərə inanmayın" çəkilində açıqlama verib.
Türkiyə bankları lirənin bahalaşmasından sonra bir gündə 8-9 milyard dollar satıb
FED.az xəbər verir ki, Şimşək sosial media hesabındakı paylaşımında bazarlardakı prosesləri qiymətləndirərək bunları qeyd edib:
"İşimizin başındayıq. Bazarların sağlam işləməsi üçün bütün lazımi addımları atmağa davam edəcəyik. Xahiş edirəm yalan xəbərlərə inanmayın". (Marja)