S&P beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı son hesabatında ictimai diqqət əsasən manatın məzənnəsi ilə bağlı proqnoza yönəlsə də, agentliyin ölkədə makroiqtisadi stiuasiya ilə bağlı açıqlamasında başqa maraqlı faktlar və gözləntilərdə var. FED.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev bu gözləntiləri araşdırıb:
Məsələn, 2018-ci ilə nisəbətən iqtisadiyyat üzrə qənaətlərin ÜDM-ə nisbətinin 32.4%-dən 27.3%-ə enəcəyini proqnozlaşdırır. Makroiqtisadi təhlilçiləri bilir ki, ölkədə investisiyalar vasitəsilə iqtisadi fəallığın artımı ilk növbədə bilavasitə ev təsərrüfatlarının və bzinesin yığımlarından birbaşa asılıdır - yəni onlar istehlak etdiklərindən və xərclədiklərindən nə qədər artıq vəsaitə qənaət edə bilsələr, investisiya etmək potensialları da bir o qədər artır.
Cari hesablar balansının profisitinin 10%-dən 1.9%-ə enməsi gözlənir. Bu da neqativ tendensiyadır - xüsusilə də maliyyə hesabında böyük həcmdə defisitin yarandığı şəraitdə ölkənin tədiyə balansında kəsirdən qaçmaq üçün cari hesablar balansının profisitin yüksək qalması çox mühümdür.
Eləcə də bax: Azərbaycan prezidentinə məktub yazmaq üçün – YENİ QAYDALAR
Agentlik həm xarici borcların, həm də xarici borclar üzrə ödəmələrin artacağını proqnozlaşdırır. Gözləntiyə görə, xalis xarici borcların cari hesablar balansı çərçivəsində ölkəyə gələn və ölkədən çıxıan vəsaitlərə nisbəti 20%-dən 52%-ə qədər yüksələcək.
Vaxtı çatmış qısamüddətli borcların cari hesablar balansı çərçivəsində daxiolmalara nisbətinin də xeyli artacağı gözlənir - 18.8%-dən 21.1%-ə.
Özəl sektorun bank sektoru qarşısında öhdəliklərinin artım tempinin 2017-ci ildəki 35.7%-dən 5%-ə, bu öhdəliklərin ÜDM-də payının 16.2%-dən 14.9%-ə düşəcəyi gözlənir. Bu isə bank sektorunun özəl sektora dəstəyinin azalması, bank sektorunun iqtisadi artımın hərəkətverici rolunu hələ yaxın 3 ildə də bərpa edə bilməyəcəyinə işarədir.
«S&P» agentliyinin Azərbaycanla bağlı - MARAQLI PROQNOZLARI
09:32
30 Yan 2019