Sığorta – günümüzdə mövcud zərərin qarşılanması və ya minimuma endirilməsi üçün fəaliyyət göstərən bir sektordur. Onun ilkin mənası çox qədim zamanlara təsadüf edir.
Bu sahənin necə yaranması, ona nə üçün ehtiyacın duyulması, müasir dövrdə necə fəaliyyət göstərib bu qədər aparıcı sahəyə çevrilməsi barədə saysız-hesabsız fikirlər mövcuddur.
Hətta onu da demək lazımdır ki, sığorta yer üzündə bəlkə də ən çox mübahisəli və bir o qədər də maraqlı, qəribə və gülməli vəziyyətlərlə qarşılaşan sektordur.
Sığorta ilə maraqlananlar üçün əvvəlcə onun tarixindən başlamaq istərdik.
Bir çox insanlar inanır ki, sığorta risklərin daşınması vasitəsi kimi 1600-cü ilin sonlarında Lloyds ilə başladı. Qeyd edək ki, Lloyds dünyanın ixtisaslaşmış sığorta bazarıdır. Bu sığorta prosesinin başlanma səbəbi isə Yeni dünyaya səyahət edən ticarət gəmilərinin maliyyələşməsi və risklərinin qorunması idi. Təbii ki, təsisçisi Edvard Lloyd olan bu adıçəkilən sığorta bazarı sonradan öz əsas mətləbindən uzaqlaşıb sadəcə şəhər əsilzadələrinin maliyyələşmə və digər bu kimi mövzuları müzakirə etdiyi və kofe içdiyi bir restoran rolunu oynamağa başladı.
Dəniz gəmilərinin maliyyələşməsi üçün olan bu sadə sistem “sığortanın” yaranması hesab oluna bilər.
Lakin tarixi qeydlər göstərir ki, Çin və Babil tacirləri eramızdan əvvəl 2000 və 3000-cü illərdə ilk dəfə risklərin daşınması üçün sadə metodlardan istifadə edirdilər. Babil sistemi təxminən e.ə. 1750-ci ildə məşhur Hammurapinin qanunlarında öz əksini tapırdı. Beləliklə, gəmilərini vəsaitlə təmin etmək üçün kredit götürən tacirlər səyahət zamanı baş verə biləcək itki və oğurluq hallarında investorlarla olan kredit müqaviləsini ləğv etməkdən ötrü bunun müqabilində onlara müntəzəm pul ödəyirdilər.
17-ci əsrə nəzər salsaq görərik ki, 14000-ə yaxın binanın məhv olmasına səbəb olan Londondakı Böyük Yanğın hadisəsi güclü xaosa səbəb olmuşdu. Məhz bu hadisədən sonra yalnız dəniz hadisələrinin sığortası ilə məşğul olan şirkətlər tezliklə öz fəaliyyətlərini yanğın və digər sığorta növlərinə yönləndirdilər və bu sahələrdə xidmətlər təklif etməyə başladılar.
Amerikada sığortanın yaranması isə bundan 100 il sonraya, yəni Benjamin Franklinin dövrünə təsadüf etmişdi.
Bəs sırf sığorta nə zaman yaranmışdır? Bu sualın cavabı birbaşa olaraq 1700-cü illərə təsadüf edir və presviterianizmlə bağlıdır. Belə ki, Presviterian kilsələr qrupu 1760-cı ilərin sonunda ilk dəfə həyat sığortasından istifadə etməyə başladılar, yəni yoxsul dul qadınlar və Presviterian din xadimlərinin uşaqlarına maliyyə yardımı göstərən korporasiya yaradıldı. Vətəndaş müharibəsinə qədərki dövrdə isə iri sahibkarlar öz qullarınının həyatını sığortalamağa başladılar.
Azərbaycanda isə bu sistem 1991-ci ildən fəaliyyətə başlayıb. 1920-ci ilə qədər olan vaxtda ölkəmizdə neft sənayesinin inkişafı bu sahəyə çox böyük stimul yaradıb. Bir çox sığorta şirkətləri açılıb ki, onların başlıca fəaliyyəti məhz Xəzər dənizində üzən gəmilər üzərindən qurulub. Daha sonra 1920-1990-cı illər arasında məlum olduğu kimi ölkəmizdə Sovet sisteminə əsasən sığorta sahəsində bir sıra dəyişikliklər edildi və məhdudiyyətlər qoyuldu. Əhaliyə göstərilən sığorta xidmətlərinin sayı xeyli azaldı və nəhayət 1990-cı ildən sonrakı dövrdən etibarən sözügedən sistem müstəqil fəaliyyətə başladı.
Hazırda isə ölkədə sığorta sektoru üzrə 28 şirkət fəaliyyət göstərir.
Müasir dövrdə sığortanın bu və ya digər növündən istifadə etməyən çox az sayda insan vardır. İnsanlar əsasən maşın, ev və s. bu kimi sığorta növlərinə müraciət edirlər. Maşınımızı, evimizi, işimizi, hətta həyatımızı sığortalamaq bizə kömək edir ki, başımıza gələ biləcək istənilən fəlakətdən özümüzü ən az zərərlə sığortalayaq və ya vəziyyətdən mümkün qədər zərərsiz çıxaq.