Ukrayna ilə müharibəyə böyük pullar xərcləyən, eyni zamanda sanksiyalar nəticəsində gəlirləri azalan Rusiyanın bücəsində böyük kəmir yaranıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi 2026-cı ilin yanvar ayında büdcənin vəziyyətini açıqlayıb, Məlum olub ki, ilin ilk ayında büdcədə 1,7 trilyon rubl və ya rəsmi məzənnəyə uyğun olaraq 20 milyard dollar kəsir yaranıb.
Bu Rusiyanın ümumdaxili məhsulunun 0,7%-i deməkdir. Nazirliyin açıqladığı rəqəmə əsasən 2026-cı lin yanvarında Rusiya büdcəsinin gəlirləri 2 trilyon 362 milyard rubl və ya 27,8 milyard dollar olub ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 12% azdır. Həmin dövrdə büdcənin xərcləri isə 4,1 trilyon rubl və ya 48,2 milyard dollar təşkil edib.










