Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, avronun məzənnəsi 0,4 % azalaraq 2,0042 manat, 100 Rusiya rublunun məzənnəsi 0,5 % azalaraq 2,2139 manat təşkil edib.












