Rusiya bankı "Tinkoff Bank" Azərbaycan, Qırğızıstan və Tacikistanın bir sıra banklarına valyuta köçürmələrini bərpa edib.
“Pulunuzu ATM-lərdə mümkün qədər tez nağdlaşdırın” – Rusiyanın iki bankından müştərilərə xəbərdarlıq
FED.az xəbər verir ki, bu barədə kredit təşkilatının mətbuat xidmətindən bildirilir.
Qeyd edilib ki, hazırda bankdan köçürmələrin göndərilməsi müddəti bir iş günüdür.
Qırğızıstan, Azərbaycan, Tacikistan və Rusiya banklarına dollarla köçürmələr üçün komissiya 1% təşkil edir.
Bundan əvvəl "Tinkoff Bank" müştərilərinə ABŞ və Kanada sanksiyalarının tətbiqindən sonra xarici valyutada köçürmələrin göndərilməsinin gecikməsi ilə bağlı xəbərdarlıq etmişdi. Bundan əlavə, bank kartların xaricdə fəaliyyətini dayandıracağını bildirib və Rusiyada olmayan müştərilərinə nağd pul çıxarmağı tövsiyə edib. Bank əlavə edib ki, yaxın vaxtlarda Union Pay ödəniş sisteminin kartlarının emissiyası dayandırılacaq. (Marja)