"Azərikard" 340 milyon uğurlu tranzaksiya həyata keçirib.
"Azərbaycanda token əməliyyatların həcmi 2 mlrd. manata yaxınlaşıb"
FED.az xəbər verir ki, "Azərikard"ın baş direktoru Fərid Quliyev Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (IBF-2023) deyib.
Onun sözlərinə görə, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 42 faiz olub.
"Azərbaycan öz ödəniş sektorunu aktiv şəkildə inkişaf etdirərək, bu sahədə artım və innovasiyalar üçün yeni imkanlar açır. Ölkə öz ödəniş sistemlərinin müasirləşdirilməsi üçün səylər göstərir ki, bu da onu investisiyalar və texnoloji startaplar üçün cəlbedici edir. Bu addımlar Azərbaycanı regionda maliyyə texnologiyaları baxımından önə çəkərək, ölkənin gələcək iqtisadi artımı və qlobal maliyyə sisteminə inteqrasiyası üçün təməl rolunu oynayır", - deyə o qeyd edib. (Trend)