Son 12 ay ərzində dünyanın ən iri mərkəzi bankları əsas faiz dərəcələrini aktiv şəkildə artırıblar.
Rusiya bankının AMB tərəfindən təkrar maliyyələşdirmə dərəcəsinin dəyişdirilməsinə dair - PROQNOZU
FED.az xəbər verir ki, bunu "Gazprombank"ın Bazar konyunkturunun təhlili departamentinin rəis müavini Gulnara Haydarşina deyib.
Onun sözlərinə görə, ABŞ Federal Ehtiyatlar Sistemi bu dövr ərzində faiz dərəcəsini 20 dəfə artıraraq 0,25 faizdən 5 faizə (yuxarı həddə), Avropa Mərkəzi Bankı isə sıfırdan 3,5 faizə çatdırıb.
"Faiz dərəcələrinin bu qədər ciddi artımı inkişaf etmiş bazarların banklar balansında dövlət istiqrazlarına qoyulan kapitalların qiymətdən düşməsinə və bununla reallaşdırılmamış zərərin artmasına gətirib çıxarıb. Bu, yaxın gələcəkdə bank sistemini dəstəkləmək məqsədilə və lazımsız likvidlik inyeksiyalarından qaçınmaq adına dünyanın aparıcı mərkəzi bankları tərəfindən faiz dərəcələrinin artım tsiklinin dayana biləcəyini ehtimal etməyə əsas verir. Bu isə öz növbəsində pul-kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində böyük iqtisadiyyatların artımına təzyiqi zəiflədəcək və daxili tələbatın getdikcə bərpa olunmasına imkan yaradacaq ki, bu da Azərbaycanın ixracyönümlü iqtisadiyyatı üçün müsbət olacaq", - G. Haydarşina deyib.
Qeyd edək ki, martın 29-da Azərbaycan Respublikası Mərkəzi Bankı uçot dərəcəsini 0,25 artıraraq 8,75 faizə çatdırmaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9,5 faizdən 9,75 faizə, aşağı həddi isə 6,75 faizdən 7 faizə çatdırılıb.
Məlumata görə, bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib. Pul-kredit siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. (Trend)