ABŞ Qazaxıstanın Neft Fondunun pullarının yarısını dondurub. FED.az xəbər verir ki, moldovalı biznesmen Anatoli Statinin məhkəmə iddiası ilə əlaqədar olaraq Qazaxıstanın Milli Fondunun pullarının yarısı – 22 milyard dollara həbs qoyulub.
Söhbət Anatol Stati, onun oğlu Qabriel və ailənin nəzarət etdiyi şirkətlərini Qazaxıstan hökuməti ilə uzun illərdir ki, davam edən məhkəmə çəkişməsindən gedir. Biznesmenlər bildirirlər ki, Qazaxıstanın neft sektorun investisiya yatırsalar da, sonradan Qazaxıstan hökumətinin təzyiqləri qarşısında həmin biznesi dəyərindən xeyli ucuz satmağa məcbur olublar. Astanada bu iddiaları təkzib edirlər.
Buna baxmayaraq 2013-cü ildə Stokholm məhkəməsi qərar qəbul edib ki, Qazaxıstan hökuməti Stati ailəsinə 500 milyon dollar ödəməlidir. Sonradan bu qərardan şikayətlər olsa da, qərar qüvvəsində saxlanılıb, üstəlik həmin məbləğin üzərinə məhkəmə xərcləri və faizlər əlavə edilib. İndiyədək həmin məbləğ ödənilmədiyindən 2017-ci il oktyabrın 30-da «Bank of New York Mellon» Qazaxıstanın Mərkəzi Bankının bu bankda saxlanan 22,6 milyard dollarlıq vəsaitlərini dondurub.
«Reuters»in məlumatına görə isə dondurulan vəsaitlər Qazaxıstan Milli Fondunun vəsaitləridir. Sentyabrın 30-da bu fonddpa 60,5 milyard dollarlıq pul və qiymətli kağızlar vardı. Vəsaitlərin 57 milyard dolları xarici valyutada, qalanı mili valyuta olan tenqedə saxlanılırdı. Fondun pulları bir neçə ölkədə saxlanılır, 46,1% (yəni 22,8 milyard dollar) ABŞ-da saxlanılırdı ki, indi həmin pullara həbs qoyulub.
Qazıxıstan Mərkəzi Bankı dərhal bu qərardan məhkəməyə şikayət edib, amma onun iddiası rədd edilib.
Qazaxıstanın Ədliyyə Nazirliyində hesab edirlər ki, ölkənin bu məhkəməyə görə riskləri heç 500 milyon dollar da deyil – məhkəmə qərarına görə, ölkə 497,658 mln. dollar ödəməidir. Bu da yatırımın edildiyi 2009-cu ilin aprelindən indiyədək olan faiz gəlirləri ilə ödənilir. Eləcə də təqribən 9 milyon dollarlıq məhkəmə xərclərinin 50%-ni də Qazaxıstan ödəməlidir.
«Bu qərar Qazaxıstan Mərkəzi Bankının və ümumilikdə ölkənin digər xarici məhkəmələrdəki mövqeyinə təsir etməyəcək. Baxmayaraq ki, Stati ailəsinin icrasına nail olmaq istədiyi məhkəmə qərarı fırıldaqçlıq yolu ilə əldə edilib»-deyə Ədliyyə Nazirliyi sərt açıqlama verib.
Amma bu vəziyyətdə hökuməti ən çox narahat edən məsələ adı çəkilən məbləğ deyil, həmin məbləğə görə, ondan 50 dəfə artıq məbləğə həbs qoyulmasıdır.
«Urus Advisory» şirkətintni Moskva ofisinin rəhbəri Aleksey Panin bildirir ki, mübahisə məbləği 1 milyard dollar olan işə görə, 22,6 milyard dollarlıq vəsaitə həbs qoyulması qəribədir. Çünki məntiqlə dondurulan vəsaitlərin həcmi iddia məblərini keçməməliydi.
«Qazaxıstan bu məcburi addımın mübahisələndirilməsi üçün əlindəki bütün imkanları istifadə edəcək»-deyə Qazaxıstan Ədliyyə Nazirliyinin rəsmi açıqlamasında bildirilir.
Ümumiyyətlə, ekspertlər bildirir ki, bu qərar iqtisadidən daha çox siyasi qərara bənzəyir. «Əgər suveren fondun 40%-nə həbs qoyulubsa və siz ondan istifadə edə bilmirsinizsə, bu artıq siysətçilər üçün ciddi siqnaldır»deyə Reuters-n ekspertləri bildirir.
Ekspertlər bildirir ki, çətin ki bu qərarın siyasi tərəfi olmasın: çox güman ki, bu Qazaxıstan prezidentinə ABŞ-ın təzyiqinin incə formasıdır ki, başqa istiqamətlərdə güzəştlər əldə etsin. Qazaxıstanla baş verənlər Rusiya tərəfini də narahat etməyi başlayıb. Rusiyada hesab edirlər ki, gələcəkdə ABŞ bu üsulu Rusiyaya da tətbiq edilə bilər: «Aktivlərin dondurulması presedent ola bilər, bu da aktivlərini amerika banklarında yerləşdirmiş ölkələr üçün risklər yaradır. Gələcəkdə vəsaitləri yerləşdirmək üçün qərarlar qəbul ediləndə bu riskləri nəzərə almaq lazımdır»-deyə rus ekspertlər bildirirlər.
Rus ekspertləri bildirir ki, Süleyman Kərimovla baş verən hadisəni də nəzərə alanda Qərb ölkələrinin sanksiyaları ciddi nəticələr verə bilər. Bir qədər əvvəl «Sberbank»ın rəhbəri German Qref bildirmişdi ki, Rusiya əleyhinə iqtisadi sanksiyalar elə bir həddə çata bilər ki, onunla müqayisədə «soyuq müharibə» uşaq oyununu xatırladacaq.
Qazaxıstanın Neft Fondunun pullarına həbs qoyulub
15:37
10 Yan 2018