Qazaxıstanın Milli Bankı (Mərkəzi Bank) pilot rejimdə rəqəmsal tengeni (Digital Tenge) işə salıb.
“Rəqəmsal manatın tətbiqinə tələsmirik”
FED.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti bildirib.
Noyabrın 15-də qeyd olunan ölkənin milli valyutasının 30-cu ildönümü günündə "Qazaxıstan maliyyəçiləri konqresi" çərçivəsində rəqəmsal tengedən istifadə edilən ilk əməliyyat baş tutub.
"Qazaxıstan Milli Bankı kommersiya banklarının və onların müştərilərinin iştirakı ilə rəqəmsal tenge platformasını sınaqdan keçirib. Platformanın arxitekturası bank müştərilərinə xidmət göstərən bankın mobil əlavəsində rəqəmsal hesab açaraq rəqəmsal tengedən yararlanmağa imkan verir. ”, - deyə Milli Bank izah edib.
Rəqəmsal təngənin tam miqyasda tətbiqinin 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. (Marja)