Qlobal bazarlar, ABŞ-da inflyasiyanı cilovladıqdan sonra FED-in faiz dərəcələrini azaltmağa başlayacağını gözləyərkən, dollar pandemiyanın başlanğıcından bəri ən pis ilini keçirib.
FED uçot dərəcəsini - AÇIQLAYIB
FED.az xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmağı başa çatdıracağı və gələn il azaldacağı gözləntilərlə dalğalanan Bloomberg Dollar İndeksi yanvar ayından bu yana təxminən 3 faiz düşüb. Bu, dolların 2020-ci ildən bəri ən kəskin illik ucuzlaşmasını göstərir.
Ucuzlaşmanın böyük hissəsi FED-in gələn il pul siyasətini yumşaldacağına dair gözləntilərin artması səbəbindən dördüncü rübdə baş verib.
Digər mərkəzi bankların faiz dərəcələrini daha uzun müddət yüksək saxlaya bilməsi də dolların cəlbediciliyinə xələl gətirən amildir.
İnvestorlar FED-in faiz dərəcələrini 2024-cü ildə ən azı 1,50 faiz bəndi azaldacağını gözləyirlər. İlk faiz endirimi 2024-cü ilin mart ayında baş verə bilər.
Hedcinq fondları, aktiv menecerləri və digər spekulyativ bazar oyunçuları da daxil olmaqla treyderlər dolların ucuzlaşacağına dair mərclərini artırıblar.
Bazarlar, FED-in inflyasiya təzyiqlərini yenidən alovlandırmadan iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı salacağını gözləyir. (Marja)