Prezident İlham Əliyevin təsdiqlədiyi Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni Nizamnaməsi ilə Palatanın Palatanın vəzifələri və səlahiyyətləri artırılıb.
Yeni Nizamnaməyə görə, Palatanın vəzifələri aşağıdakılardır:
- Palatanın nəzarət etdiyi subyektlərdə stress-testlərin keçirilmə qaydasını müəyyənləşdirmək və onları təşkil etmək, maliyyə bazarlarında sistem risklərini təhlil etmək, stress-test və ssenarilərin təhlilini aparmaq, bu təhlil əsasında maliyyə bazarlarının tənzimlənməsi istiqamətlərini müəyyənləşdirmək və tətbiq etmək;
- Palatanın nəzarət etdiyi subyektlərə münasibətdə təsir tədbirlərini tətbiq etmək;
- Palatanın nəzarət etdiyi subyektlərin sağlamlaşdırılması sahəsində tədbirlər planı hazırlamaq, onun icrasını əlaqələndirmək və icrasına nəzarət etmək;
- Palatanın nəzarət etdiyi subyektlərdə korporativ idarəetmə standartlarını müəyyənləşdirmək və onların tətbiqinə nəzarət etmək;
- aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması qaydalarını müəyyən etmək və bu qaydalara riayət olunmasına nəzarəti həyata keçirmək;
- maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarını müdafiə etmək;
- maliyyə bazarlarının inkişaf istiqamətləri üzrə təkliflər vermək;
- dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin maliyyə bazarları sahəsində fəaliyyətini əlaqələndirmək;
- maliyyə bazarları sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- maliyyə bazarları sahəsində normativ xarakterli aktlar qəbul etmək;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Palatanın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
- maliyyə bazarları sahəsində hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək;
- maliyyə bazarları sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
- maliyyə bazarlarının və alətlərinin təbliği, maliyyə bazarları və investisiyalar sahəsində əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər görmək;
- “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzarət orqanının səlahiyyətlərini həyata keçirmək;
- maliyyə bazarları sahəsində elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
-Palatanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Palatanın əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
- Palataya ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
- Palatanın informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
- strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
- müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Öz vəzifələrini yerinə yetirmək üçün Palatanın aşağıdakı hüquqları vardır:
- maliyyə bazarları sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
- maliyyə bazarları sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək və bu müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
- beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) və mərkəzi bankları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
- maliyyə bazarları sahəsində yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərin göstərilməsinə (hüquqi hərəkətlərin həyata keçirilməsinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutmaq;
- tutduğu dövlət rüsumunun Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hissəsini əldə etmək;
- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
- dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
- müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
-əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
-.xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Köhnə Nizamnamədə Palatanın hüquqları aşağıdakı şəkildə müəyyən olunmuşdu:
-Palatanın nəzarət etdiyi subyektlərdə stress-testlərin keçirilmə qaydasını müəyyənləşdirir və onları təşkil edir, maliyyə bazarlarında sistem risklərini təhlil edir, stress-test və ssenarilərin təhlilini aparır, bu təhlil əsasında maliyyə bazarlarının tənzimlənməsi istiqamətlərini müəyyən və tətbiq edir;
-Palatanın nəzarət etdiyi subyektlərə münasibətdə təsir tədbirlərini tətbiq edir;
- Palatanın nəzarət etdiyi subyektlərin sağlamlaşdırılması sahəsində tədbirlər planı hazırlayır, onun icrasını əlaqələndirir və icrasına nəzarət edir;
- Palatanın nəzarət etdiyi subyektlərdə korporativ idarəetmə standartlarını müəyyənləşdirir və onların tətbiqinə nəzarət edir;
-aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması qaydalarını müəyyən edir və bu qaydalara riayət olunmasına nəzarəti həyata keçirir;
- maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarını müdafiə edir;
- maliyyə bazarlarının inkişafı istiqamətləri üzrə təkliflər verir;
- dövlət orqanlarının maliyyə bazarlarında fəaliyyətini əlaqələndirir;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir, beynəlxalq əlaqələr yaradır və əməkdaşlıq edir, Palatanın fəaliyyəti ilə bağlı beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak edir, beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsini təşkil edir və onların işində iştirak edir;
- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet səhifəsinin yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
- maliyyə bazarlarının və alətlərinin təbliği, maliyyə bazarları və investisiyalar sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə tədbirlər görür;
- strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
- fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;
- qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
Palata aşağıdakı hüquqları həyata keçirir:
-. maliyyə bazarlarını tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi prosesində iştirak edir və təkliflər verir;
- zəruri məlumatların (sənədlərin) alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, Palatanın nəzarət etdiyi subyektlərə, fiziki və hüquqi şəxslərə sorğu göndərir;
- beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) və mərkəzi bankları ilə əməkdaşlıq edir, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənir;
- müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edir;
- xüsusi bülletenlər və digər nəşrlər buraxır;
- maliyyə bazarlarında qabaqcıl təcrübəni öyrənir;
- maliyyə bazarlarında tədqiqatlar aparır, analitik və metodik materiallar hazırlayır;
- qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.