Azərbaycanda xarici valyuta əməliyyatları rejiminə dəyişiklik edilməsi ekspertlərin bu sahədəki göstəricilərə diqqətini artırıb.
Eləcə də bax: “5 il öncə səhəri - XOŞ OLMAYAN XƏBƏRLƏ AÇDIQ”
FED.az məlumat verir ki, iqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, devalvasiyadan sonra hökumət ölkədən valyuta çıxarılmasının qarşısını almaq üçün «kanal»ları bağlasa da, bəzi mexanizmlər valyuta çıxarıliması üçün istifadə edilə bilər. Bunlardan biri də ticarət müqavilələridir. Təsadüfi deyil ki, son vaxtlar bu müqavilələr üzrə əməliyyatlar kəskin azalıb. R.Ağayev yazır:
"Mərkəzi Bank rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması qaydalarına növbəti dəfə dəyişiklik edib.
Səhv eləmirəmsə, bu son 4 ildə artıq 4-cü dəyişilkdir. Dəyişikliyə görə, sahibkarlar idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 730 gün müddətində malların ölkəyə gətirilməsini və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasını təmin etməlidirlər.
İndiyədək bu müddət 270 gün idi. Devalvasiyaya qədər 360 gün olmuşdu, sonra 180 günə endirilmişdi, az keçməmiş 270 günə artırılmışdı.
Şübühəsiz ki, idxal əməliyyatlarının və kapital hərəkətinin liberallaşdırılması, ölkənin investorlar üçün cəlbediciliyinin artırılması baxımından bu qərar vacibdir.
Amma çox vacib bir neçə məqamı deməyə ehtiyac var.
Son 4 ildə kapital hərəkətinə qoyulan məhdudiyyətlər sahibkarlar üçün sanksiya alətinə çevrildi. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal olunmadıqda, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər isə həmin məbləğin 20 faizindən 30 faizinədək məbləğdə cərimə olunur. Gələn məlumatlara görə, xeyli sahibkar bu sanksiyalara məruz qalıb.
Amma vacib bir məqam da var - iqtisadiyyatda şəffaflıq olmayanda, kapital həmişə qaçmağa kanal axtaranda, ticarət kreditlər və avansları kapitalın ölkədən qaçışının əsas formalarından birinə çevrilir.
Bu özünü 2 formada göstərir: əvvəlcədən ödəniş aparılan, lakin idxal edilməmiş mal (xidmət, iş) formasında, yaxud ticarət kreditləri və avanslar əsasında ixrac edilmiş, lakin sonradan ödənişi ölkəyə qayıtmayan vəsaitlər formasında.
Ölkəyə böyük neft pullarının daxild olduğu son 15 ilin statistikasına baxdıqda, ticarət kreditləri və avanslarının Azərbaycandan kapital qaçışının mənbələrindən birinə çevrilməsini iddia etmək üçün arqumentlər var. Xüsusilə də 2011-ci ildən başlayarq bu əməliyyatlar inanılmaz dərəcədə geniş miqyas alıb. Məsələn, 2011-cu ildə ticarət kreditlərii və avanslar üzrə aktivlərin saldosu 2.480 mlrd. dolllar təşkil etdiyi halda, 2012-2016-cı illərdə orta illik göstərici 4.5 mlrd. dollar təşkil edib.
Yalnız 2017-ci ildə kapital hərəkətinə inzibati müdaxilələr nəticəsində son 3 ildə həmin göstərici 3 mllrd. dollardan aşağı endi. 2019-cu ilin 9 ayında isə son dərəcə kəskin azalma var - aktivlərin saldosu əvvəlki ilə nisbətən 3.5 dəfə aşağı düşüb.
Bu fakta xüsusi diqqət yetirin: tədiya balansının ticarət kreditləri və avanslar üzrə defisiti 2010-cu ildə cəmi 948 mln. dollar təşkil etdiyi halda, devalvasiya öncəsi (2013-2014-cü illər) və devalvasiyanın baş verdiyi illərdə (2015-2016-cı illər) defsitin həcmi 4-5 dəfəyə yaxın böyümüş və 4.- 4.7 mlrd. dollara intervalında dəyişmişdi.
Amma 2019-cu i rübündəlin 3 son 10 ilin ən aşağı səviyyəsinə enib - 504 mln. dollar. Bu prosesə ictimai və media nəzarətinin təmin edilməsi üçün tədiyə balansı ilə bağlı informasiya açıqlığının detall olmasıdır.
Məsələn, Mərkəzi Bank ticarət kreditlər və avanslar üzrə aktivlərin həcmini göstərir, lakin bunun hansı hissəsinin idxal əməliyyatları çərçivəsində malların (xidmət və işin) dəyərindən, hansı hissəsinin eyni üsulla ixraca görə ölkəyə qayıtmalı olan pulun həcmindən ibarət olduğu bllinmir.
2020-ci ili gərək media diqqətdə saxlasın - kapital hərəkətinin liberallaşdırılması yenidən kapitalın asan qaçışı üçün vasitəyə çevrilməyəcək ki?"