Mərkəzi Bankın sədri Elman Rüstəmov 2015-ci ildə devalvasiya və onu yaradan səbəblərlə bağlı açıqlama verib.
Eləcə sə bax: Mərkəzi Bankın sədri Elman Rüstəmovdan - MANAT AÇIQLAMASI – TƏCİLİ
FED.az xəbər verir ki, «Real TV»yə açıqlamasında E.Rüstəmov bildirib ki, həmin vaxt devalvasiya qərarı verilməsə idi, ölkə müflislik problemi ilə üzləşə bilərdi.
«Əgər o hadsələr qayıtsaq, o dövrdə reallıqlar başqa idi. Neft 140 dollardan 35 dollara düşmüşdü, baxmayaraq büdcədə neftin qiyməti 90 dollar idi, o vaxt belə bir düşmənin qarşısını almaq asan deyildi».
Həmin vaxt hökumətin qarşısında iki variant olub: «Dilemma belə idi: ya müflis olmaq, ya da devalvasiya. Əgər vəziyyət belə davam edərdisə, dövlət maliyyə müflisliyi şəraitinə gəlir və özünün beynəlxalq öhdəliklərini yerinə yetirə bilmir. Biz belə vəziyyəti müxtəlif ölkələrdə, o cümlədən son vaxtlar Argentinada müşahidə edirik, hansı ki, xarici borclarından imtina edir, onlara xidmət etmirlər və sair.
Yəni dilemma belə idi ki, ya biz müflis ola bilərdik, ya da görülmüş tədbirlər vasitəsilə, nə qədər də ağır olsa da, bu qərarı (devalvasiya) qəbul edib iqtisadiyyatı yeni bir nöqtədə, neftin yeni qiymətində tarazlaşdırmalı və bu reallıqları qəbul etməliydik».
Elman Rüstəmov deyib ki, 2015-ci ildə devalvasiyaya səbəb olan səbəblərdən biri də ölkədə kölgə iqtisadiyyatının həcminin yüksək olması idi: «Çox mühüm bir məsələni qeyd etmək istəyirəm, bəlkə də bu barədə ilk dəfə danışıram. Məhz həmin dövrdə yaradılmış ajiotaj, psixoloji təsir və kölgə iqtisadiyyatının byöüklüyü məsələlərə mənfi təsir etdi.
Bu gün (yəni 2020-ci ildə) bu təzyiq bizə o vətəndaşlardan gəlir ki, (yəni o adamlar daha çox dollar alır ki) onların kiçik yığımları var – 10 min manatadək olan məbləğlərdir. Bu (yəni pullarını dollara çevirmək) onların haqlarıdır təbii ki. Amma o vaxt (2015-də devalvasiya olan vaxt) ölkədə ciddi kölgə iqtisadiyyatı və kənarda çoxlu pullar vardı».
AMB sədri bildirib ki, uölkə iqtisadiyyatı adi günlərdə də Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir: «Həmin vəziyyətlərdə (2015-də) isə oradakı pullar banklardan, maliyyə və vergi nəzarətindən kənarda olduğuna görə, o pullar ölkə üçün, iqtisadi sabitlik və təhlükəsizlik üçün ciddi təhlükələr yaradırdı və 2015-2016-cı illərdə bu amil olduqca əhəmiyyətli təsir göstərdi. Yəni həmin vaxtı obyektiv iqtisadi şok amillərindən başqa, hesab edirəm ki, o dövrdə bu amillər də çox ciddi rol oynadı».