2016-cı ildəki kəskin tərəddüdlərdən sonra, yanvar ayından bəri, manat 13% güclənib.
İqtisadiyyat bərpa olunduqca, azərbaycanlılar inflyasiya ilə mübarizə aparırlar.
Azərbaycan manatının 2 devolvasiyadan sonra itirilmiş etibarını bərpa etmək üçün ciddi cəhdlərə ehtiyac oldu. Fevralın əvvəlindən bəri artım olsa da Azərbaycan əhalisi buna hələ də tam əmin deyil. 2015-ci ildə öz dəyərinin yarısını itirən manata olan xalqın inamı, ötən ilki mübadilədə olan təşviş və kəskin dəyişmələrlə daha da azaldı.
“Mənim dollarım yoxdur və hətta, olsa belə, onu manata çevirmərəm. Çünki, o, etibarlı valyuta deyil” – özəl şirkətdə mühasib işləyən Tatyana Kriçkaya belə deyir - “hətta 2 devalvasiyadan sonra da manat dəyər itirməyə davam edib”.
Milli valyutanın geri dönüşü son iki on illikdə ilk dəfə ixtisar olunmuş iqtisadiyyatın bərpası ilə 2 rəqəmli inflyasiya və dolanışığı qarışıqlıqda qoymuş valyuta arasında əlaqəsizliyə diqqəti çəkir. Qeyri-müəyyənliyə mərkəzi bankın pul siyasəti də əlavə olunur. Hansı ki, manatın likvidikliyini depozit auksionunda azaltması ilə yanaşı kreditorları əhəmiyyətli məbləğdə cərimələyib. Sberbank CİB “bir az məntiqsiz” adlandırılmışdır. Əhalinin əksəriyyəti manatın hazırki möhkəmlənməsini əsli faktorlarla əlaqələndirərək müvəqqəti olduğunu düşünürlər.
Sberbank CİB analitikləri Aleksandr Qolinskıy və Rodion Lomivorotov çıxışlarının birində qeyd edir: “Güclü gözləntilər var ki, 2017-ci ilin ikinci yarısında dəyərdəndüşmə davam edə bilər. Xüsusilə də neftin qiyməti hazırki səviyyədən aşağı düşərsə”.
İndiyədək keçmiş Sovet İttifaqının ən böyük neft istehsalçısının valyutası Brent xam neftinə nisbətən 10% enmə göstərərək 13% möhkəmlənib. “Bloomberg”in tərtib etdiyi məlumata əsasən Gürcü larisi və Meksika pesosunu geridə qoyub. Çərşənbə günü 0,1% zəif ticarət müşahidə olunub.
Azərbaycanlılar pullarının əksər hissəsini xarici valyutada saxlayırlar. Mərkəzi Bankdan əldə olunan ən son məlumata əsasən, dollar depozitlərinin payı ötən ilin sonunda 79,6%-dən yanvar ayında 81,3%-ə qalxıb.
“Bizim üçün valyutaya olan inamın bələdçisi depozit dollarlaşmasıdır” - bunu “Fitch Ratings”in baş direktoru Paul Gamble deyib: “Depozit dollarlaşması devalvasiyalar ərzində artıb və çox yüksək olaraq qalır. Bu o qədərdə çox aşağı düşməyəcək”.
Neftin qiyməti hədsiz endiyinə görə, manatın səviyyəsinin idarə olunan üzən məzənnəyə keçməsini saxlamaq üçün 2015-ci ildə pul siyasətini həyata keçirənlər ehtiyatlarını 2/3-dən çox hissəsini xərcləyiblər. Manata olan təzyiqi azaltmaq üçün, sentyabr ayında Mərkəzi Bank öz faiz dərəcələrini 5,5% artıraraq 15%-ə yüksəltdi. Tənzimləyici yanvar ayında xarici valyutanın alınıb-satılmasını 4%-lə limitləyən həddi də aradan qaldırdı.
“Manatın dollarlaşmadan əvvəlki və yüksək faiz göstəricisinin bərpa olması mümkünlüyü var” – deyə Moskva Amerika bankının baş iqtisadçısı Vladimir Osakovo bildirib. O, həmçinin deyib: Hökümət FX ehtiyatlarını yenidən qurmağı nə istəyir, nə də lazım bilir və ümumilikdə zəif dövlətin yerli bank sektoru üçün güclü valyutanı doğru hesab etmirlər”.
Paul Gambleyə görə, manatın xeyrinə işləyən digər bir faktor odur ki, daha yüksək neft qiymətlərinə görə gələn il Azərbaycan milli valyutasının öz əvvəlki üstün səviyyəsinə qayıtması gözlənilir: “ Bu manatı gücləndirə bilər. Lakin doğurdan da önəmli olan budur ki, inam bərpa olsun”.
İndiki vəziyyətdə paytaxt Bakıda valyutaya olan etibar qısa müddətlidir.
Tərcüməçi Fuad Ağbabalının fikrinə görə isə cari göstərici uzun müddət davam etməyəcək: “Bu müvəqqəti trenddir və hökümətin iqtisadi siyasətinin nəticəsi deyil”.
bloomberg©
Niyə heç kim dünyanın ən yaxşı valyutasına etibar etmir?
18:31
25 Mart 2017