Son həftələr dünya bazarında neftin qiyməti yenineftdən rekord səviyyəyə çatıb. FED.az xəbər verir ki, təqribən 1 aydan artıqdır ki, qiymətlər bir barel üçün 80 dollar ətrafındadır. Qiymətlərin yüksək olması neft ölkələrinin gəlirlərini artırsa da, sonradan dünyadakı iqtisadi böhran təhlükəsi də yaradır. FED.az iqtisaçı Cəfər İbrahimli və Rövşən Ağayevə istinadən neft qiymətlərinin yüksək olmasının Azərbaycan və dünyaya nə vəd etdiyini araşdırıb.
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli bildirir ki, neftin qiymətinin yüksəlməsi Azərbaycan kimi, ixracatının böyük hissəsi neftdən asılı olan ölkələr üçün bir mənalı olaraq yaxşı haldır. Amma neftin qiymətinin kəskin yüksəlməsi dünya iqtisadiyyatı üçün risk də gətirir: «Qiymətlərin çox artması qlobal iqtisadiyyatda geriləmə və böhrana səbəb ola bilər. Sənayeləşmiş ölkələrdə infilyasiyanın yüksəlməsi və ya mal və xidmətlərin maya dəyərinin yüksəlməsi, iqtisadi aktivliyin azalmasına və neftə tələbatın aşağı düşməsinə səbəb ola bilər.
Bundan zərər çəkn tərəflərdən biri də elə neft ölkələri olacaq».
Ekspert bildirir ki, bu təhlükəni neft ölkələri də başa düşür: «Bir neçə gün əvvəl Rusiya prezidenti də vurğuladı ki, əsilində neft hasil edən ölkələrin özləri də qiymətin realıqdan yüksək olmasından narahatdırlar. Əsilində onlar da tam realığı əks etdirən bir qiymət istəyirlər ki, neft hasil edən ölkələrdə dayanıqlıq təmin olunsun».
Hələliksə, ekspertin sözlərinə görə, dünya iqtisadiyyatında aktivlik və ifilyasiya meyillərinin o qədər də çox olmaması Azərbaycan kimi ölkələrə sərf edir: «Azərbaycana üçün neft qiymətinin yükək olması hələ ki, yaxşıdır səbəbi odur ki, Azərbaycan neft ixracatçı ölkədir, ümumi daxili məhsulumuzun böyük hissəsi enerji resursları, neft-qazın hesabınadır. Və neft qiymətləri yüksəldikdə onunla paralel olaraq ixrac olunan qazın qiyməti də yüksəlir ki, ixracdan daha çox xarici valyuta daxil olur. Gəlirlər də büdcənin böyüməsinə və insanların həyat səviyəsinə təsir edir».
İqtisadçı ekspert Rövşən Ağayev isə bildirir ki, neftin kəskin bahalaşması neft ölkələri, o cümlədən də Azərbaycan üçün ciddi riskdir: «Biz bunu 2015-ci ilədək nəzəri olaraq deyirldik, amam 2015-də deyilənlər təsdiqini tapdı, Yəni gördük ki, neftin qiyməti yüksək olanda ölkəyə çoxlu pul gəldi, büdcə «şişdi», amma neftin qiyməti düşən kimi ölkədə çox ciddi makroiqtisadi problemlər yarandı. Ölkədə 2 rəqəmli infilyasiya yaşandı, manat 2 dəfə dəyərdən düşdü və s.».
Rövşən Ağayev bildirir ki, neftin qiymətinin yüksək olması Azərbaycana o halda müsbət təsir edəcək ki, hökümət neftdən gələn vəsaitləri ehtiyatla istifadə etsin: «Yəni İnfurastruktura böyük milyardlar yatırılmasın, bu vəsaitlər daha çox yığıma yönəlsin, xərclənən vəsaitlərin böyük hissəsi insan kapitalına sərmayə, iqtisadi inkişaflara yönəlsin. Tikintiyə yatırılan qədər vəsait insan kapitalına da yatırılsın. O halda neftin qiymətinin yüksək olmasından, mən hesab edirəm ki, ölkə daha çox qazanar».
Ekspert bildirir ki, qlobal baxımdan da neftin qiymətinin yüksək olması yaxşı hal deyil. Çünki, artıq Beynalxaq Valyuta Fondu, «Qazprom»un, hətta Rusiya Energetika Nazirliyi də neftin indiki qiymətinin ciddi problemlər yaratdığını bildirib: “Problem odur ki, dünyanın indiki maliyyə sistemində linkvidlik problemi olduğu kimi, neft idxal edən ölkələr üçün də ciddi problemlər, yüksək infilyasiya yaradır. Buna Türkiyəni misal göstərmək olar. Türkiyənin təddiyə balansında neft ən böyük təhsirə malik olan əmtəədir. Bu məsələ, Hindistan, Çin və ABŞ-ın özü üçün də problemdir. Baxmayaraq ki, ABŞ özü həm güclü neft ixracatçısı, həm də idxalçısıdır. Yəni bu ölkələr üçün neftin yüksək qiyməti inflyasiya təyziqini artırır».
Beynəlxalq Valyuta Fondu bildirir ki, neftin qiymətinin yüksək olması uzun müddət davam etməyəcək və neftə təlabatı aşağı salacaq. Bu isə neftin qiymətində azalma ilə nəticələnə bilər. Öz növbəsində aşağı qiymət dünya maliyyə sistemi üçün ciddi problemlər yaradacaq: «Həm də nəzərə alaq ki, neftin indiki qiyməti spekulyativdir, yəni onun bu qədər yüksək olmasının ciddi iqtisadi əsası da yoxdur. Bunu bütün bazar iştirakçıları, o cümlədən Rusiya və OPEC-in özü də etiraf edir».
Ekspert bildirir ki, qiymətlərin belə yüksək olmasının əsac səbəbi, iqtisadi deyil, siyasi amillərdir: «Bu artım İrana, Rusiyaya tətbiq edilən sanksiyalar və Venesuelanın bazardan sıxışdırlıb çıxardırılması ilə bağlıdır. Ruiyanın Energetika naziri özü də deyir ki, neftin real bazar qiyməti 65-70 dollardır. Yəni qiymət volotildirsə (tez-tez dəyişirsə) bu, nefti həm ixrac, həm də idxal edən ölkələrə ciddi problem yaradır.
R.Ağayüev bildirir ki, neft ölkələrinin büdcəsinin neftdən asılılığı fərqlidir. Məsələn, Norveç iqtisadiyyatının neftdən asılılığı 25-30% olduğu halda, Səudiyyə Ərəbistan büdcəsi 80%, Azərbaycan büdcəsi 60%, İran 60-70%, Rusiya büdcəsi isə neftdən 50% asılıdır: «Asılılığın 50%-dən artıq olduğu ölkələrdə neft qiymətinin belə dalğalanması daha çox problemlər yaradır. Neftin qiyməti yüksələn kimi özlərini rhat hissi edirlər, qiymətlər enən kimi isə iqtisadi problemlər yaşanır».