2015-ci ilin bayram mövsümü alıcıların istehlak modellərində bir sıra nəzərəçarpan dəyişikliklərə aydınlıq gətirdi. İnternet alış-verişlərin artması və endirimli pərakəndə satış ticarətinin artımı pərakəndə satış ticarətinin strukturunu formalaşdıran meqatrendlərdir. 2016-cı ildə rəqabətə davam gətirmək istəyən riteylerlər mütləq yenidən qurulma (restrukturlaşma) dəyişiklikləri ilə ayaqlaşmalıdırlar. İnternet satışlar mağazalarda birbaşa olaraq edilən alışları qabaqlayır. Müştərilər münasib qiymətə endirimli dəbli geyim təklif edən mağazalara üstünlük verir.
Geyim və digər məhsulların satışında ehtimal edilən zəifləmə mövcud təzyiqi daha da artırır. Gənc müştərilər artıq mövcud məhsullardan çox yeni məhsullara üstünlük verir; havaların mövsümə uyğun olmadan vaxtsız isti keçməsi isə bir çox qış paltolarının, ayaqqabılarının və sviterlərinin pərakəndə satış mağazalarının rəflərində qalmasına və nisbətən daha yüksək endirimlərə düşməsinə səbəb olur.
Düşünürəm ki, bir çox pərakəndə satış müəssisələri istehlakçı istəklərini və bundan irəli gələ bilən mənfi nəticələri nəzərə almamışdır. Pərakəndə satış sahibkarları adətən alıcıların kifayət qədər boş vaxtı olan gecə müddəti boyunca baş verən onlayn alış-verişə sürətli keçidini görməmişlər. Onlar həmçinin yeni geyimə olan tələbatın köhnələri sıradan çıxartdığını da nəzərə almamışdır.
Bir çox aparıcı pərakəndə satış müəssisələrinin gələcək gəlirliliyi narahatlıq doğurur. Hazırda pərakəndə satış müəssisələriaparıcı internet mağazalar və Amazon, TJX Companies kimi endirimli pərakəndə satış mağazaları ilə rəqabət aparmağa çalışır. Pərakəndə mağaza satışlarının məhsuldarlığı xərclər və idarəetmə prosesində bürokratçılıq artdıqca aşağı düşür.
Narahatçılıq əsasən aşağıdakılarla bağlıdır:

- Bazarda internet-ticarət payının sürətli artımı. 2015-ci ildə internet satışlar təxminən 23%-ə qədər qalxmışdır və demək olar, 2016-cı ildə də belə artım gözlənilir. New York Times qəzetinin verdiyi məlumata görə Amazon ABŞ-da pərakəndə satışın daim artan payının böyük hissəsini əhatə edir və hər bir amerikanlı tərəfindən onlayn şəkildə xərclənmiş hər əlavə dollardan 51 sent öz xeyrinə çıxır. Hazırda internet satışların ümumi həcminin 26%-i Amazon şirkətinə məxsusdur. Keçən il bu göstərici 22% təşkil edirdi. Mağaza satışlarından internet satışlarına sürətli keçid tendensiyası qorunub saxlanarsa, o zaman ənənəvi pərakəndə satış müəssisələri rəqabətə davam gətirə bilmək üçün gərək öz biznes strukturlarını dəyişsin və inzibati heyətin ixtisar edilməsi, mağazaların bəzilərinin bağlanması barədə qərar qəbul etsinlər.
- Aşağı qiymətə olan Primark, Aldi and Lidl. kimi endirimli pərakəndə satış müəssisələrinin nəzərəçarpan inkişafı. Avropada apardıqları uğurlu əməliyyatlara görə tanınan bu güclü rəqiblər ABŞ bazarlarına da öz təsirini gücləndirməyə başlamışlar. Bu şirkətlərdən hər biri ənənəvi pərakəndə satış müəssisələrinin rəqabətliliyini artıracaqdır. Primark aşağı qiymətə və lakin yüksək keyfiyyətli geyim və ev-məişət əşyaları təqdim edən irlandiyalı pərakəndə satış şirkətidir. Bu şirkət 2016-cı ilə Amerikada 10 şöbəsini açacağını və onların sayını get-gedə artıracağını bildirmişdir. Aldi və Lidl adlı digər iki alman pərakəndə satış şirkəti isə endirimli qida məhsulları və qarışıq çeşidli məhsullar təklif edir. Bu iki şirkət 2018-ci ilə qədər ABŞ-da müvafiq olaraq 2000 yeni mağazasını açacaqdır. Yuxarıda adıçəkilən iri pərakəndə satış şirkətləri istehlak qiymətlərini aşağı saldıqlarına görə ənənəvi ABŞ riteylerləri qiymətləri aşağı salmağa və aşağı xərc tələb edən əməliyyatlar aparmağa məcbur olacaqlar.
Nəticədə, ənənəvi riteylerlər öz xərc strukturunu yenidən nəzərdən keçirməli vəqiymət siyasətində, kadr təminatında, şöbələrinin sayında rəqabətədavamlı, eləcə də rasional olmaq üçün qərar qəbul etməli olacaqlar.
- Yeni endirimli mağazaların sayında artım. Alıcılar faydalı olan alış-verişlər etməyə çalışırlar, bu işdə endirimli qiymətlər xüsusi rol oynayır. 2015-ci ilin 3-cü rübü üzrə olan hesabatlara əsasən təxminən 604 endirimli aşağı qiymətə mal təklif edən mağaza açılmışdır və onların sayı getdikcə artır. Nordstrom şirkəti 27 Rack Stores tipli mağazasını, Macy’s - 6 Macy’s Backstage Stores tipli mağazasını açmışdır; Saks 5th Avenue isə 4 Off Fifth Stores tipli mağazasını, o cümlədən Ross Stores 66 filialını, Bloomingdale’s 1 mağazasını açmışlar. Kohl’s yeni filialının açılışını planlaşdırır, Lord & Taylor isə yeni mağazasının açılışı barədə düşünür. Pərakəndə satış sənayesinin aparıcı oyunçularından biri olan TJX isə ABŞ-da 320 bölməsini açmışdır. Hazırda ABŞ-da 4245 endirimli mağaza fəaliyyət göstərir, bu isə onların sayının il ərzində 12% artması deməkdir. Geniş yayılmış ənənəvi pərakəndə satış sənayesi demək olar ki, elə də sürətli templərlə artmır. Bu isə o deməkdir ki, endirimli mağazalar şəbəkəsi bazarda ənənəvi pərakəndə satış ticarəti ilə məşğul olanları getdikcə sıxışdırıb çıxarır.
Diskont (endirimli) pərakəndə satış konsepsiyası heç də yeni deyildir. Əslində, onun uzun tarixi vardır, belə diskont satışlar bir çox iri mağazaların zirzəmi hissəsindəki bölmədə keçirilirdi. İlkin olaraq, diskont mağazalar üçün endirimsiz baş mağazalardan daxil olmuş brend malların qiymətini aşağı salmaq xarakterik idi. Hazırda brendlər öz məhsullarını endirimli qiymət satışlarına görə böyük partiyalarla buraxır. Diskont brend mallara olan tələbi qane etmək üçün brendlər diskont mağazaların mallarla dolu olmasına əmin olmaqdan ötrü ya həddən artıq çox məhsul istehsal edir, ya da əvvəlki ilin dizaynını təkrarlayırlar. Bazar payının diskont mağazalar tərəfindən nəzərəçarpan şəkildə tutulması ənənəvi pərakəndə satış ticarətinə zərbə endirirvə onları vadar ki, filiallar və kadr təminatı məsələləri də daxil olmaqla öz xərc strukturlarını bir daha nəzərdən keçirsinlər.
- Alıcılar yeni texnologiyalara üstünlük verir. Hər dəfə Apple yeni məhsul ortaya çıxartdıqda ənənəvi pərakəndə satış şirkətləri bunun mənfi təsirləri ilə qarşılaşırlar. Şübhəsiz, Apple və digər şirkətlər alıcıların hər il aldıqları yeni innovativ, mobil və səyyar qurğular istehsal edəcəklər. İstehlakçılar nadir hallarda texnologiya və geyimi eyni anda alırlar. Buna görə də yeni texnoloji məhsul buraxıldıqda mağazalar alıcıları cəlb etmək qabiliyyətinə dair araşırma aparmalıdırlar. Bu problem həm universal mağazaların, həm ixtisaslaşmış pərakəndə satış obyektlərinin innovativ düşüncə vasitəsilə öhdəsindən gəlməli olduğu bir problemdir. Lakin qeyd edək ki, günümüzdə ənənəvi riteylerlər tərəfindən heç də innovativ olan bir yanaşma tərzi istifadə edilmir.
- “Millenium” nəsli ilə qarşılıqlı əlaqə. Millenium müştəriləri etibarlı alıcılar sayıla bilməz. Çünki onlar resessiyadan və ya işsizlik təhlükəsindən çəkinirlər. Onlar az şey almaq, çox şeyi isə kirayə götürməyə üstünlük verirlər (buraya kostyum və paltarlar da daxildir). Qeyd: məşhur dizaynerlər narazıdırlar ki, onların dizayn etdiyi paltarlar Rent The Runway kimi məşhur saytlarda aşağı qiymətə kirayə götürülə bilər. Millenium nəsli yaxşı xidmətə müsbət reaksiya göstərir və alış-veriş etməzdən əvvəl ilk öncə internetdə axtarış aparır. Onlar bugünkü ehtiyaclarını ödəmək üçün mal əldə edən və sabahkı alışı həyata keçirmək üçün son anadək gözləyən “real vaxt” alıcılarıdır.
Belə tələbkar real-vaxt alıcılarına xidmət göstərilərkən riteylerlər öz franşizalarını qorumağı öyrənməlidirlər. İri riteylerlərdən biri xəbərdarlıq edir ki, univermaqlardakı uzunmüddətli franşizalar palto və saatlardır. Millenium nəsli eyni zamana adi mağazalarda, butiklərdə, xüsusi mağazalarda və əlbəttə ki, internet-mağazalarda da əlverişli şərtlərlə müxtəlif çeşidli məhsulları əldə etmək məqsədilə alış-veriş edirlər. Daha çox palto və saatlarla bağlı belə tendensiya mövcuddur.
Bunların nişanələrini artıq hər yerdə görə bilərsiniz; ənənəvi riteylerlər artıq indidən başlayaraq öz şirkətlərini yenidən strukturlaşdırmalıdırlar. Mağazalar daha az məhsuldar olduğundan əməliyyat-idarəetmə xərcləri artır. Nəticədə bir çox mağazalar bağlanmalı, xərclər azaldılmalı və gəlirlər düzgün yerləşdirilməlidir, çünki rəhbərlər artır, müştərilərə xidmət göstərən işçilər isə həddən artıq azalır. Məhsuldarlığı artırmaq, eləcə də ənənəvi, böyük və kiçik pərakəndə satış müəssisələrini yeni, daha elastik və güclü biri ilə əvəz etmək üçün addımlar atılmalı, səy göstərilməlidir. Komanda ruhu yaradan, alıcılar, əməkdaşlar və rəhbərlər üçün faydalı olan yeni sənaye mədəniyyəsini formalaşdırmaq lazımdır.
Cari ildə biz satışların və endirimli satışların daha da stimullaşmasının şahidi olacağıq. Bütün mağazalar mövsümi məhsulların qiymətini aşağı salmaq və yaz mövsümünə hazırlaşmaq istəyir. Bu isə “eyni köhnə” yanaşmadan başqa bir şey deyildir. İnnovativ düşüncə və ciddi yenidənqurma işlərinin aparılmasına ehtiyac vardır, lakin unutmaq olmaz ki, kiçik templərlə baş verən artan dəyişikliklər qaçılmazdır. Mənfəətin azalması sürətli dəyişiklikləri yaradacaq və lakin bəzi şirkətlər üçün artıq çox gec ola bilər. 2016-cı ildə ənənəvi riteylerlərlə bağlı həqiqətən də ciddi narahatlığa səbəb vardır.
Mənbə: forbes.com