Xəbər verdiyimiz kimi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib.
FED.az-ın Proqrama istinadən məlumatına görə, yeni sənədin icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manat arta bilər. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcək. Nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaq.
Aparılan sorğunun nəticələrinə görə, bu sferada ən yüksək nağd dövriyyə biznez subyektlərinin öz aralarında baş verir. Belə ki, 180 mlrd. ümumi dövriyyənin 152 mlrd. manatını biznesin ümumi gəlirləri təşkil edir. Sahə üzrə araşdırmaların nəticələri bu gəlirlərin 109 mlrd. manatının (72%) nağd gəlirlərdən ibarət olduğunu göstərir. İT və peşəkar xidmət sahələri istisna olmaqla, digər sektorlarda yüksək nağdlaşma mövcuddur (Diaqram 2)
İstehlakçıların nağd dövriyyəsi
Ümumi dövriyyənin (~180 mlrd. manat) 111 mlrd. manatı biznes, 52 mlrd. manatı istehlakçı, 18 mlrd. manatı isə hökumət sferasındadır. Qiymətləndirmələrə görə, istehlakçı sferasında 52 mlrd. manatlıq ümumi dövriyyənin 49 mlrd. manatı istehlakçı ilə biznes arasında dövriyyənin payına düşür. Sahə üzrə araşdırmaların nəticələri bu dövriyyənin 46 mlrd. manatının nağd formada həyata keçirildiyini göstərir. Yüksək nağdlaşma bütün istehlak sahələrində müşahidə edilir (Diaqram 3).
Diaqram 3. Əhalinin istehlak xərclərində nağd ödənişlərin payı (sahələr üzrə mlrd. AZN, 2016-cı il)
Proqramda qeyd edilib ki, nağd pul dövriyyəsinin böyüklüyü iqtisadiyyatı iri həcmdə investisiya resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini məhdudlaşdırır və eyni zamanda, bir sıra struktur problemlərinin, o cümlədən maliyyə intizamının pozulması, şəffaflığın azalması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi kimi problemlərin yaranmasına səbəb olur.
Nağd ödənişlərin payı 34% azalacaq - YENİ DÖVLƏT PROQRAMI
22:13
26 Sen 2018