Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasənxaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir.
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir.
Eyni zamanda, Vergi Məcəlləsinə kapital anlayışı əlavə edilmişdir. Buna əsasən kapital - aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəridir.
Dəyişikliyə əsasən vergi ödəyicisinin xaricdən aldığı borclarının xalis aktivlərindən iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlər gəlirdən çıxılmayacaq.
Eləcə də bax: Vergi Məcəlləsinin son variantı açıqlandı – TAM MƏTN - RƏSMİ
Bu məhdudiyyət xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclara, habelə rezident bankların və kredit təşkilatlarının xaricdən aldığı borclara aid edilmir.
Bu barədə Vergi Məcəlləsinin 110-cu maddəsində qeyd olunur.