Bu həftə bir sıra ölkələrin mərkəzi banklarının növbəti iclası gözlənilir. Yaponiya, Britaniya və ABŞ tənzimləyicilərindən cari monetar siyasət kursunun dəyişməsi ilə bağlı heç bir sürprizlərin olacağı gözlənilmir. Əsas məsələ Fedrezervə aid olan məsələ olacaqdır.
Yaponiya Bankı istehlak qiymətlərinin 2%-lik hədəf səviyyəsinə çatma müddətlərini geri çəkməklə öz inflyasiya proqnozlarını aşağı sala bilər. Bir sözlə, tənzimləyici artıq bazarları bu addımın atıla biləcəyinə hazırlamışdır və buna görə də bu sözügedən hadisə gözlənilməz olmayacaqdır. X.Kurodanın nitqinə diqqətlə qulaq asmaq lazımdır, ola bilsin o, gələcəkdə stimulların artırılma perspektivlərinə işarə etsin. Ümumiyyətlə, bu hadisə ilə bağlı elə də nəzərəçarpan bazar dəyişikliklərinin olması gözlənilmir.
Son anadək əlavə stimulların olacağı gözlənilən İngiltərə Bankı indi ola bilsin hələlik belə addım atmasın. Keçən həftə MB rəhbəri M.Karni bildirdi ki, tənzimləyici milli məzənnə kursunun kütləvi şəkildə zəifləməsinə elə də biganə yanaşmır. Bu isə funta əlavə təzyiq göstərməməkdən ötrü Bankın iqtisadiyyatı dəstəkləmək üzrə tədbirləri genişləndirməsindən hələlik çəkinməsi demək ola bilər.
Ən başlıca hadisə isə Fedrezervin toplantısı olacaqdır. Hazırda faiz dərəcələrinin dekabrda artması ehtimalı 70% təşkil edir. İlkin məlumatlara görə 3-cü rübdə amerikan iqtisadiyyatı 2,9% artmış və bu da iki ildə maksimal templərlə artım deməkdir. Ölkənin əmək bazarı yaxşı formadadır, xidmətlər və istehsalat sahələrində işgüzar fəallıq oktyabrda normal artım nümayiş etdirmişdi. Bütün bunlar FRS-in çoxsaylı nümayəndələrinin alovlu çıxışları ilə birgə ilin sonunda tənzimləyicinin siyasəti sərtləşdirəcəyinə işarə edir. Çərşənbə günü belə mənzərənin reallaşmasına işarə edilərsə, o zaman USD bazarın bütün spektrlərində güclənəcək, risk aktivləri isə təzyiqə məruz qalacaqlar.
forexnews.pro©