Mərkəzi Bankın İdarə Heyətinin 28 avqust 2024-cü il tarixli Qərarı ilə “Multi Solutions” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Mərkəzi Bank iki MMC-yə elektron pul və ödəniş sistemi ilə bağlı lisenziya verdi
FED.az xəbər verir ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir.
Xatırladaq ki, “Multi Solutions” MMC 2002-ci ildə təsis edilib və 500 010 manat nizamnamə kapitalı var.