Koronavirus pandemiyasının başlanması bütün dünyanın, o cümlədən Azərbaycanın 2020-ci illə bağlı proqnozlarını dəyişib. Neftin qiymətinin kəskin ucuzlaşması, karantin dövrünün məhdudiyyətləri və iqtisadi aktivliyin azalması şəraitində Azərbaycanın gəlirləri də azalıb və həmişə belə hallarda olduğu kimi, yenidən büdcəyə dəyişikliklər mövzusu gündəliyə çıxıb.
Eləcə də bax: “Büdcəyə yenidən baxılması üçün müraciət etməmişik”
Amma FED.az-a müsahibəsində maliyyə naziri Samir Şərifov hökumətin dəyişikliyə tələsmədiyini bildirir. Üstəlik, hazırda büdcədə «təmiz» 500 milyon manat artıqlıq da var.
- Samir müəllim, büdcədə 500 milyon manat profisitin olduğunu bildirdiniz. Bu vəsait necə toplanıb?
- Büdcədə 500 milyon manat artıqlıq var. Bura Neft Fondunun əvvəl ödənilən transferti (yəni dollara tələbatı ödəmək üçün Neft Fondunun əlavə dolları satışına görə büdcəyə daxil olan əlavə manat kütləsi) aid deyil. Bu bizə «yastıq» yaradır və bütün sosial xərxclər icra olunur.
Gömrük Komitəsi və Vergi Xidməti öz proqnozlarını son aylar ərzində 100 faiz yerinə yetiriblər, hətta artıqlaması ilə və 1-ci rübün nəticələri olaraq bəzi ehtiyatlar yaranmışdı. Gömrük komitəsi proqnozdan artıq 96 milyon manat vəsait toplamışdır. O cümlədən Vergi Xidməti də.
Bundan başqa, konsorsium tərəfindən ötən ilin büdcəsi bir qədər əvvəl ödənilmişdi. Ötən rüb üzrə mənfəət vergisi ödənişləri ödənilmişdi və ötən rübdə neftin orta qiyməti daha yüksək idi və onlar bu vergiləri artıq ödəmişdi.
- Amma artıq vəziyyət dəyişib.
- Bəli, eyni zamanda nəzər almaıyıq ki, pandemiya dünyaya bök zərbələr vurub. İqtisadi fəallığı zəiflədib, istehlakı daraldıb, dünyada bir çox sahələr iflic vəziyyətindədir. Bunlar qonaqpərvərlik adlanan iqtisadiyyat, yəni otellər, hava uçuşları və sair sahələrdir. Beynəlxalq qurumlar da bildirir ki, dünya iqtisadiyyatı tənəzzülə doğru irəliləyir. Azərbaycanda isə 4 ayda 0,2% isə artım var.
- Büdcədəki xərclərə necə, yenidən baxılır?
- Düzdür, biz ölkə başçısının tapşırıqı ilə bir sıra xərclərə yenidən baxmışıq. Onların təyinatını prioritetlər üzrə dəyişdirmişik. Əsas xərclər tibb sahəsinə yönəldilir. Karantin rejimi, həkimlərin hazırlanması, xəstələr üçün müalicə preparatları və ləvazimatların alınması, adamların karantinə yerləşdirilməsi və sair. Bunlar büdcədə əvvəlcədən nəzərə alnmasa da xərclərin prioritetliyinə baxaraq biz təminatı yaratmışıq.
Bundan başqa, cənab prezidentin fərmanı ilə koronavirusla mübarizə fondu yaradılıb, buraya 1 milyard manat ayrılıb, artıq onun vəsaitlərinin 533 milyon manatından istifadə edilib.
Bu vəsaitlər ilk növbədə sahibkarlar, kiçik orta və mikro sahibkarlara təmənnasız yardım, eləcə də yardımların edilməsi üçün Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə köçülürüb.
Digər tərəfdən, bəzi zərər çəkən sahələrdə də yardımlar göstərilib, həyati vacib sərnişin daşıma sahələrinə də yardım edilib. Bura hava yolları şirkəti, Bakı metropoliteni, «Azərişıq» dövlət şirkəti və sair şirkətlər aiddir.
Digər tərəfdən ipoteka kreditləşməsinin bir qədər artırılması məqsədilə – çünki bu da iqtisadiyyata dəstəkdir – Sahibkarlığın inkişafı fonduna da vəsaitlər ayrılıb.
- Samir müəllim, büdcədə neftin qiymətinə yenidən baxılacaqmı?
- Büdcədə neftin qiyməti heç yerdə təsdiq edilməyib, büdcə proqnozunda müəyyən fərziyyələr var ki, gəlir və xərclər onun əsasında hesablanır. Həmin fərziyyələrdən biri də neftin qiymətidir. Büdcədə neft iki yerdə əksini tapıb. Biri Neft Fondunun transferidir – bu manatla ifadə olunub, onlar köçürüləcək.
Doğrudur, Neft Fondunun gəliri azalıb. Çünki neftin qiyməti azalır. Digər azalma Azərbaycadakı Konsorsiumun («Əsrin müqaviləsi»ni reallaşdıran - şirkətlər) gəlirlərinin azalmasıdır. Neft ucuzlaşdıqca onların ödəyicəyi mənfəət vergisinin məbləği də azalır.
Və Dövlət Neft Şirkəti üzrə də istər-istəməz gəlirlərin azalması qaçılmazdır. Çünki xam neftin qiyməti azalırsa, xaricə ixrac edilən neft məhsullarının qiyməti də azalır. Həm də karantin dövründə istehlak xeyli daralıb. Və neft məhsullarından istifadə daha az olub. Biz bunları nəzərə alırıq, müəyyən təhlillər aparılır.
- OPEK+ təşkilatı ilə saziş bu vəziyyətə necə dəsir edir?
- Vəziyyətə təsir edən növbəti faktor «OPEK+»la sazişdir. Bu bir tərəfən müsbət, digər tərəfdən mənfi təsir edir. Müsbət odur ki, bu saziş neftin qiymətlərini sabitləşdirdi, əvvəllər xam nefti satmaq ümumiyyətlə mümkün deyildi. Azərbaycan da bura qoşuldu və öz üzərinə öhdəlik götürdü ki, neft hasilatı azalmalıdır. Şübhəsiz ki, hasilat azalırsa, biz bunu də nəzərə almalayıq. Yəni bu mürəkkəb bir tənliklir, bunun əsasında biz vəziyyətə baxırıq.
- Bu il dövlət büdcəsinin icrası mümkün olacaqmı?
- Ümumiyyətlə biz şübhəsiz başa düşürük ki, bu ilin büdcəsinin icrası ilə bağlı çatırışlar mümkündür. Biz bunu gizlətmirik. Biz başa düşürük ki, artım proqnozlarına yeniən baxılacaq və gəlir və xərclərimizə yeni baxışı nümayiş etdirməliyik.
- Yeni rəqəmlərin necə olacağı və büdcəyə necə dəyişiklik ediləcəyi məlumdurmu?
- Biz bu məsələdə tələskənliyə yol verməməliyik. Çünki karantin dövründəki davranış sonrakı dövrdəki ilə eyni deyil. Artıq karantinin yumşaldılması üçüq silsilə qərarlar da verilib. Və biz gözləyirik ki, istehlak və iqtisadi fəallıq artacaq. Əvvəlki səviyyədə olmasa da, artacaq, nəticədə gəlirlərimiz əmələ gələcək, vergilər də toplanacaq və sair. Bundan başqa, biz baxırıq ki, karantin dövründə gömrükdə böyük dəyişiklik (yəni azalma) olmayıb, mənfi nəsə gözləmirik. Biz bütün mənfi ailləri təhlil edib bunun əsasında təkliflərimizi təqdim edəcəyik.
- Samir müəllim, ola bilərmi ki, bu il büdcədə qənaət üçün təxirə düşən layihələr xaricdən alınan kreditlərin hesabına reallaşsın?
- Azərbaycan üçün kredit almaq çətin iş deyil. Çünki Azərbaycanın olduqca müsbət imici var, beynəlxalq maliyyə qurumları kredit bazarında ölkəmizə etibarlı tərəfdaş kimi baxırlar və onlar şübhəsiz ki bizə krehit vermək üçün hər hansı problem görməyəcəklər. Məsələ odur ki, biz bu məsələyə necə yanaşırıq. Bizə verilən tapşırıq odur ki, ən vacib, texnoloji baxımdan bizə faydalı, yüksək texnologiyalar üzərində qurulan, hansısa texnoloji avadanlığın idxalını nəzərdə tutan, «nau-hau», texniki ekspertiza üçün layihər üçün vəsaitlərin borc kimi götürülməsi düzgün sayılır biz də bu işləri aidiyyatlı dövlət orqanları ilə görürük.
- Cənab nazir, son vaxtlar Maliyyə nazirliyinin buraxdığı Dövlət istiqrazları üzrə faizlər artır (bir qədər əvvəl Bakı Fond Birjasında keçirilən hərraclarda DQİ üzrə faizlər 12-16%-dək yüksəlmişdi. Bu – hökumətin yüksək faizlə borc götürməsi mənasını verir – FED.az). Bu nə ilə bağlıdır?
- Bəli, belə hallar olmuşdu, amma biz şübhəsiz ki, belə yüksək faizlərdə vəsait cəlb etməyəcyik. Çünki bunun üçün hər hansı iqtisadi əsaslar görmürük. Manatın məzənnəsi sabitdirsə və ən yuxarı səviyyələrdə, o cümlədən Mərkəzi Bankın sədri səviyyəsində bu deyilirsə, bu məsələyə hökumət səviyyəsində hər hansı yeni baxış üçün səbəb yoxdur.
- Faizlər əsasən iki illik istiqrazlarda artmışdı…
- Bəli, manatın məzənnəsi yüksək olduğu halda bunu başa düşə bilmirik. Nəyə görə faizlər artmalıdır? Banklarda xarici valyuta üzrə faizlər illik 0,5%-dir, yəni 1%-dən yuxarı deyil. Nəyə görə hökumət manat üzrə belə yüksək faizlər ödəməlir?!
- Bəlkə bu faizlər riskin qiymətidir?
- Hansı riskin?
- Bəlkə manatın gələcək məzənnəsi ilə bağı hər hansı fərqli gözləntilər var?
- Bilirsiniz, mən hesab edirəm ki, risk hər zaman qiymətləndirilməlidir, riskin hər zaman öz qiyməti var. Amma nəzərə alsaq ki, bazarda, yəni daxili istiqraz bazarını nəzərdə tuturam, o qədər də çox iştirakçı yoxdurzənnimcə biz Maliyyə Nazirliyi olaraq çalışacağıq ki, hər hansı bir, belə deyək, spekulyativ gözləntiləri qarşılamayaq.
- Maliyyə Nazirliyinin dollar istiqrazı buraxmaq fikri varmı?
- Biz hələ bunu fikirləşmirik.
- ÜDM-nin azalması üzrə proqnoz məlumdurmu?
- Hələlik yox, təzə rəqəm yoxdur, ilk 4 ayda iqtisadi artım 0,2% artım olub, bildiyiniz kimi. Bu gün bütün dünya, bəzi dövlətlər artıq resessiyadadır. Biz hələ bu prosesə daxil olmamışıq, amma bu vaxt məsələsidir. Biz çox obyektiv və real olmalıyıq, dövlət tərəfindən bu addımlar ona görə atıldı ki, insan həyatlarını qoruyaq və səhiyə sistemimizin gücünü artıraq.
- Nazirlər kabinetinin təsdiqlədiyi Tədbirlər planında ipoteka kreditlərinin artımı və Sahibkarlığın inkişafı fonduna vəsaitlər nəzərdə tutulurdu. Bu vəsaitlər ayrılıbmı?
- Biz Maliyyə Nazirliyi olaraq İpoteka fonduna və Sahibkarlığın İnkişafı fonduna vəsaitləri öçürmüşük, xüsusilə ipoteka üçün ki, güəştli ipoteka kreditlərini verə bilsinlər.
- Samir müəllim, son müşavirədə deyildi ki, ola bilər vergitutma bazasında dəyişiklik olsun, bununla bağlı yeni təkliflər varmı?
- Var, bəzi təkliflər hazırlanır və təqdim olunacaq.
- Yeni təkliflər nəyə aiddir?
- Bunlar əsasən lüks malların istifadəçilərinə, tütün, eləcə də avtomobillərin idxal edilməsinə aiddir. Söhbət minik maşınlarından gedir, onların daha yüsək aksizlər və vergilərə cəlb edilməsi nəzərdə tutulur ki, bunun hesabına dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun.