Bunun 10 milyard 031,4 milyon manatı və ya 81,5% Bakı şəhərinin payına düşür. Bu son illər ərzində kredit qoyulaşlarında Bakı üzrə ən aşağı göstəricidir.
AMB-nin məlumatından aydın olur ki, ilin əvvəli ilə müqayisədə kredit portfelində Bakının payı azalıb. 2017-ci ilin sonuna olan hesabata görə, ölkə üzrə kreditlərin 83,1%-i Bakı şəhərində, 16,9%-i regionlarda verilmişdi. İndi isə ölkə üzrə kredit portfelində regionların payı 18,5%-ə yüksəlib.
2016-cı ilin nəticələrinə görə, regionların kreditlərdə payı 14,9%, 2015-ci ilin nəticələrinə görə isə 16,3% təşkil edib.
2018-ci ilin ilk 9 ayında kreditlərin ən çox verildiyi digər 3 region:
562,705 milyon manat və ya 4,58%-lə Aran iqtisadi rayonu,
498,623 milyon manat və ya 4%-lə Abşeron iqtisadi rayonu,
477 milyon manat və ya 3,9%-lə Gəncə-Qazax iqtisadi rayonudur.
Ən az kredit isə (296,9 min manat) ərazisi işğal altında olan Kəlbəcər-Laçın iqtisadi rayonuna verilib.
Digər bölgələr üzrə verilən kreditlərin həcimi aşağıdakı cədvəldə göstərilib.
Regionlar | Verlən kreditin həcmi |
Bakı şəhəri | 10 031 372.5 min manat |
Abşeron iqtisadi rayonu | 498 623.4 min manat |
Aran iqtisadi rayonu | 562 705.2 min manat |
Dağlıq Şirvan iqtisadi rayonu | 68 662.8 min manat |
Gəncə-Qazax iqtisadi rayonu | 477 001.6 min manat |
Quba-Xaçmaz iqtisadi rayonu | 154 747.9 min manat |
Lənkəran iqtisadi rayonu | 202 906.2 min manat |
Şəki-Zaqatala iqtisadi rayonu | 154 019.8 min manat |
Yuxarı Qarabağ iqtisadi rayonu | 47 476.1 min manat |
Kəlbəcər-Laçın iqtisadi rayonu | 296.9 min manat |
Naxçıvan iqtisadi rayonu | 104 612.1 min manat |