Hazırda Azərbaycanda 70 Kredit İttifaqı var. Bəs bu kredit iitifaqlarının iş prinsipi nədir və nə üçün onlar haqqında bu qədər az məlumatlıyıq.
İlkin olaraq kredit ittifaqı anlayışı ilə tanış olaq Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.
FED.az xəbər verir ki, kredit ittifaqları ilə bağlı sualı cavablandıran Vüqar Bayramov bu ittifaqların yaranmasının beynəlxalq bir təcrübəyə əsaslanan praktika olduğunu bildirdi.
Vüqar Bayramov kreditlərin kredit ittifaqları ilə paylanmasının tərəfdarı olduğunu qeyd etdi. Ekspertin fikrincə, ən azı kreditlərin kredit ittifaqları ilə paylanması mexanizmdə iştirakı çox vacib idi. Bu kredit ittifaqları üçün çox əhəmiyyətlidir. Çünki bu məlumatların banklar arasında bölünmasi çox vacib idi. Xüsusən kredit götürən şəxsin imknın qiymətləndrilməsi , onun kredit qaytarma potensialının qiymətləndilməsi baxımından vacibdir. Eləcədə kredit siyasətinin sistemləşdirilməsinə ehtiya var idi. Çünki 2014-ci ilədək bahalı kredit siyasətinin nəticə etibarı ilə bir kredit şoku yaratdı. Problemli kreditlərin həcmində artımlar müşahidə olundu. Problemli kreditlərin həcmi 2018-ci ilin əvvəlki aylarında demək olar ki, hər ay artıb. Bir ay istisna olmaqla. Amma çox təəsüfki kredit ittifaqları gözləntini doğrultmadı. Bu ittifaqların yaradılması mütərəqqi bir addım idi amma hələlik təəsüfki kredit ittifaqları aktiv deyillər. Əslində kreditləşmə baxımından xüsusən də nəzərə alsaq ki, bu kredit portfelində də əvvəliki illərlə müqayissədə azalmalar var və nəticə etibari ilə kredit portfelinin strukturununda təkmilləşdirilməsinə ehtiyac var. Bu konteksdən bu ittifaqların fəaliyyətinin genişləndirilməsinə və təşfiq edilməsinə ehtiyac var. O baxımdan düşünürəm ki, ittifaqların yaradılması pozitiv addım idi amma gözləntilər doğrultmadı.
Kredit ittifaqlarının bu qədər passiv olmasına səbəb nədir?
Düşünürəm ki, bu son dövrlər bankların daha çox problemlər üzləşməsi ilə bağlıdır , toksit aktivlərin həcmində artım var. Xüsusən nəzərə alsaq ki, 2016-cı ildə 10 bankın müflisməşi qeydə alındı. 2017-ci ildə 1 bankın müflis oldu. O baxımdan xüsusəndə bəzi bankların toksit passivlərin onların funksiyanın tam olaraq yerinə yetirməsinə çətinlik yaradır. Kredit ittifaqları banklarda toksit aktivlərin , problemli kreditlərin daha dərinləşdiyi dövrdə yaranıb. Yaxşı olardı ki, bu bankların imkanları geniş olduğu dövrdə yaransın. Məncə bank sektorunda mövcud vəziyyət kredit ittifaqlarının aktiv olmasına təsir göstərən əsas faktorlardan biridir.