Bankda əmanətlər qısa müddətli,altı aylıq və uzun müddətli olur. Hazırda banklarda manatla əmanət faizləri 10%-13% arasında dəyişir. Əksər banklarda demək olar ki, bu məbləğ minumumdur. Dollarda əmanət faziləri isə 1%-3% rasında dəyişir. Lakin kupon üzrə dövlət istiqrazlarında illik 12% gəlir gətirir. Hazırda bir çox banklar da elə dövlət istiqrazlarını almağa üstünlük verir. Banklar kredit verməkdənsə elə yüksək faizli dövlət istiqrazlarını almağa çalışırlar.
İqtisadçı ekspert Cəfər İbrahimli dövlət istiqrazlarının ümumiyyətlə bank əmanətləri ilə müqayisə edilməyəcək dərəcədə üstünlüyə malik olduqlarını bildirib. Bu dünya təcrübəsində də belədir. Dövlət qiymətli kağızları sıfır riskli hesab olunur. Bundan başqa dövlət istiqrazlarını istənilən vaxt satmaq olar . Bu zaman istiqraz sahibi satış zamanı faiz gəlirlərini də əldə etmiş olur-deyə ekspert qeyd edib.
Bir illik istiqraz sahibinə malik olan investor 3 aydan sonra istiqrazı satmaq istə satış zamanı 3 aylıq faizni də əldə etmiş olacaq. Həmçinin dövlət istiqrazlarını istənilən məsələ üçün istənilən yerdə girov qoymaq olar. Amma bank əmanətlərini yalnız əmanəti “yatırdığınız” bankda girov qoymaq mümkündür. Eyni zamanda banka depazit qoyulan zaman müqavilə müddətini pozulduqda demək olar ki, əksər banklar qoyulan əmanətə görə faiz ödəmir.